Goranboy rayonunda “Yeni Azərbaycan Partiyası – Zəfər Partiyası” adlı tədbir keçirilib
21.11.2025 [11:39]
Goranboy rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibəti ilə “Yeni Azərbaycan Partiyası – Zəfər Partiyası” adlı tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Mərkəzi Aparatın Gəncə-Daşkəsən İqtisadi Zonası üzrə kuratoru Araz Salmanov, partiyanın rayon təşkilatının sədri Samir Qocayev, bir qrup partiya fəalları, partiya veteranları, ziyalılar və gənclər iştirak etdilər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.
Daha sonra Tədbir Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının inzibati binasında davam etdirilib.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən, Yeni Azərbaycan Partiyasına həsr edilmiş videoçarx nümayiş olunub.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və YAP rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək partiyanın yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan bəhs ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayılır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 33 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Bu gün də Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır”.
Daha sonra Milli Qəhrəmanın həyat yoldaşı Rübabə İsmayılova, Şəhid anası Nailə Məmmədova, millət vəkilinin köməkçisi Gündüz Hacıyev, partiya veteranı Əzra Həşimova və YAP Goranboy rayon təşkilatının qurucularından biri olan Fizuli Almuradov çıxış etdilər.Çıxışçılar partiyanın 33 illik şərəfli inkişaf yolundan danışdılar. Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanaraq formalaşan YAP-ın tarixi zərurətdən yarandığı, ölkənin ərazi bütövlüyünün bərpası və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər gördüyü bildirilib. Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində partiyanın qısa müddətdə güclü və mütəşəkkil siyasi qüvvəyə çevrildiyi, xalqın milli maraqlarının müdafiəçisi olduğu xüsusi vurğulanıb.
Tədbirdə 2025-ci il ərzində yubiley yaşı tamam olan iki nəfər partiya veteranına Fəxri Fərman və qiymətli hədiyyə, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

