Beynəlxalq idman tədbirləri, vətənpərvərlik və Azərbaycanın idman imici
30.12.2025 [16:41]
Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, idman yalnız fiziki güc deyil, həm də mənəvi dəyər və ideoloji vasitədir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında idmanın rolu əvəzsizdir. İdmançılar beynəlxalq arenalarda Azərbaycanı təmsil edərkən bu məsuliyyəti dərindən dərk edirlər.
Azərbaycan idmançıları Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldırarkən bütün xalq qürur hissi keçirir. Son beş ildə əldə edilən şanlı Qələbə idmançılarımızın məsuliyyətini daha da artırmışdır. Onlar artıq müzəffər xalqın nümayəndələri kimi yarışlara qatılırlar və bu amil onların çıxışlarında da özünü göstərir.
2025-ci ilin əsas idman hadisələrindən biri MDB ölkələrinin üçüncü Oyunlarının Azərbaycanda keçirilməsi olmuşdur. Yarışlar yüksək təşkilatçılıq səviyyəsində baş tutmuşdur. Oyunların bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə keçirilməsi ölkəmizin geniş imkanlarını nümayiş etdirmişdir.
Minlərlə xarici qonağın bölgələrdə keçirilən yarışlarda iştirakı Azərbaycanın potensialını açıq şəkildə ortaya qoymuşdur. Qonaqlar ölkəmizin qonaqpərvərliyini, bölgələrin gözəlliyini və yaradılmış şəraiti yüksək qiymətləndirmişlər. Azərbaycan idmançıları bu Oyunlarda da uğurla çıxış etmiş və komanda hesabında ikinci yerə layiq görülmüşdür.
Bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnirin keçirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Dünya miqyasında böyük maraq doğuran bu yarışın Bakıda təşkili Azərbaycanın idman və təşkilati potensialını nümayiş etdirdi. Dünya mediası bu turniri geniş işıqlandırdı və Bakı bir daha diqqət mərkəzinə çevrildi.
Formula 1 yarışları da Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır. İlk Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır. Bu yarışlar yarım milyarddan çox auditoriyaya malikdir və Bakı şəhərinin gözəlliyini bütün dünyaya nümayiş etdirir.
Qış idman növlərinin inkişafı da diqqət mərkəzində saxlanılır. Qusarda, Şahdağ Xizək Turizm Mərkəzində Xizək üzrə Dünya Kubokunun keçirilməsi tarixi hadisədir. Bu yarış Azərbaycanı beynəlxalq qış idmanı təqviminə daxil etmişdir və bölgədə turizmin inkişafına güclü təkan vermişdir.
Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı infrastruktur layihələri idman sahəsinə də müsbət təsir göstərir. Su anbarlarında keçirilən yarışlar yeni imkanlar açır. Bütün bunlar idmanın ölkənin ümumi inkişaf strategiyasının ayrılmaz hissəsi olduğunu sübut edir.
2025-ci ildə Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanın idman sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə tanınmasıdır. Bu, ölkəmiz üçün böyük şərəf və məsuliyyətdir. Azərbaycan bu adı layiqincə daşımağa qadirdir.
İdmançıların və idman mütəxəssislərinin mükafatlandırılması artıq uzun illərdir davam edən gözəl ənənəyə çevrilmişdir. Dövlət Azərbaycanın idman şöhrətini ucaldan insanları daim diqqətdə saxlayır və onların əməyini yüksək qiymətləndirir. Bu siyasət gələcəkdə də davam etdiriləcək və Azərbaycan idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirəcəkdir.
Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

