Azərbaycanın enerji siyasəti dünyanın enerji təhlükəsizliyinin qarantına çevrilir
12.01.2026 [11:17]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Son illər Azərbaycanda energetika sahəsində əldə olunan uğurlar ölkənin bu strateji sektorun inkişafı üçün son dərəcə əlverişli və cəlbedici mühit formalaşdırdığını deməyə əsas verir.
Enerji təhlükəsizliyinin təmin olunması, ixrac potensialının genişləndirilməsi və dayanıqlı inkişaf məqsədləri Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Məhz bu ardıcıl və düşünülmüş siyasət nəticəsində ölkəmiz enerji sektorunda regionun aparıcı dövlətlərindən birinə çevrilib.
Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi.
Ölkəmizin başçısı öz çıxışında Azərbaycanın enerji potensialının bütün istiqamətlərinə toxundu və dövlətimizin son illərdə bu istiqamətdə apardığı işlərə toxundu.
Dövlətiçizin başçısı bildirdi ki, son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artıb. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur.
Buradan aydın olur ki, istifadəyə verilən 240 MVt-lıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkəmizdə böyük gücə malik ilk külək elektrik stansiyasıdır. Layihə Azərbaycanın bərpaolunan enerji strategiyasında və onun daha geniş dekarbonizasiya məqsədlərində mühüm mərhələni təmsil edir.
Daha əvvəl 2023-cü ilin oktyabrında Azərbaycanın ən böyük alternativ enerji mənbəli stansiyası Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Qaradağda inşa etdiyi 230 MVt gücə malik Günəş elektrik stansiyası idi. Hər iki stansiya dövlət vəsaitlərindən istifadə edilmədən ərsəyə gətirilib.
Cənab prezident çıxışında onu da xüsusi vurğuladı ki, ötən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir. Ən əsası, bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir.
Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilib. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır.
“Xızı-Abşeron” KES-də investor qismində Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti çıxış edib. Stansiya il ərzində küləkli hava şəraitinin optimal göstəriciləri olduğu halda 1 milyard kilovat/saat həcmində elektrik istehsal etmək qabiliyyətinə malikdir.
Bunun nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunması və 400 min tondan çox CO2-nin atmosferə atılmasının qarşısının alınması gözlənilir. Layihənin icrasına təqribən 340 milyon dollar xarici investisiya yönəldilib. Stansiyanın tikintisi üçün “ACWA Power” şirkətinə Avropa Yenidənqurma və İnkişaf Bankı 197,1 milyon dollar və OPEC Fondu isə 50 milyon dollar kredit ayırıb. Baş podratçısı isə Çinin “PowerChina Group”un törəmə şirkəti olan “PowerChina Huadong Engineering” şirkətidir.
Dövlətimizin başçısı öz çıxışında xalqımıza yeni müjdə də verdi. Cənab prezident bildirdi ki, növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur.
Ölkə rəhbəri bildirdi ki, bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür.
Eyni zamanda, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Bir sözlə, Azərbaycanın enerji siyasəti dünyanın enerji təhlükəsizliyinin qarantına çevrilir
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

