Davosdan səslənən mesajlar Azərbaycanın qlobal proseslərdəki rolunu göstərir
22.01.2026 [17:30]
Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "Euronews" telekanalına verdiyi müsahibə ölkənin regional və qlobal mövqeyini əks etdirən mühüm siyasi bəyanat oldu. Yanvarın 20-də Ümumdünya İqtisadi Forumu çərçivəsində verilən bu müsahibə Cənubi Qafqazda sülh prosesindən tutmuş beynəlxalq münasibətlərin gələcəyinə qədər geniş spektrdə məsələləri əhatə etdi. Müsahibəyə beynəlxalq münasibətlərin transformasiyası mövzusu ilə başlayan Prezident Əliyev qlobal sistemin fundamental şəkildə yenidən qiymətləndirilməsi mərhələsində olduğumuzu vurğuladı.
Dövlət başçısının sözlərinə görə, müasir beynəlxalq münasibətlərdə artıq hüquq normaları deyil, güc amili hakim mövqe tutur. Bu reallıq müxtəlif regionlarda baş verən hadisələrdə özünü göstərir. Hər bir ölkə öz strategiyasını və siyasətini öz potensialına əsaslandırmalı, ilk növbədə regionunda, sonra isə qlobal miqyasda mümkün qədər çox ölkə ilə yaxşı münasibətlər qurmalıdır" - bu formula Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin mahiyyətini əks etdirir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın həyata keçirdiyi siyasi inkişaf yolu, suverenliyinin və ərazi bütövlüyünün bərpası beynəlxalq hüquq və ümumi dəyərlər çərçivəsində olub. Bu yanaşma kiçik və orta ölkələr üçün milli maraqları qoruyarkən beynəlxalq normalardan kənara çıxmadan fəaliyyət göstərmək nümunəsidir.
Müsahibənin ən əhəmiyyətli hissələrindən biri Ermənistanla sülh prosesinə həsr olundu. Prezident İlham Əliyev açıq şəkildə etiraf etdi ki, müstəqillik tarixində Azərbaycan heç vaxt sülh şəraitində yaşamamışdır. "Biz sülh şəraitində cəmi beş-altı ay yaşayırıq və bunu öyrənirik. Bu, xüsusi bir hissdir. Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin qurucusu mərhum Şeyx Zayedin adını daşıyan "İnsanlar Arasında Qardaşlıq" mövzusunda Zayid Mükafatına layiq görülməsi ilə bağlı təbriklərə cavab verərkən bildirdi ki, bu nüfuzlu mükafatı 30 ildən artıq qan tökülməsi, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün bərqərar edilməsi səylərinin qiymətləndirilməsi kimi qəbul edir. Sülh prosesinin deklarativ deyil, praktik xarakter daşıdığını göstərən konkret faktlar müsahibədə xüsusi yer tutdu. Prezident Əliyev bildirdi ki, Azərbaycan Ermənistana yük daşımaları üzərindəki bütün məhdudiyyətləri götürmüşdür. Bundan da əhəmiyyətlisi, Azərbaycan Ermənistanın böyük ölçüdə asılı olduğu neft məhsulları daxil olmaqla kritik əhəmiyyətli mallarla təchiz edilməsinə başlamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, keçən il avqust ayında Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması tarixi əhəmiyyət daşıyır və prosesə ABŞ-ın da daxil olması onun beynəlxalq tanınmasını təmin edir.
Nəbi Hacıyev
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxAnalitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25

