Azərbaycan gəncliyi yeniliklərə imza atmaqda böyük potensiala malikdir
02.02.2026 [20:48]
Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Ümummilli Lider vurğulayırdı ki, Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir. Dahi şəxsiyyətin bu çağırışının davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.
Azərbaycan gənclərinin dilimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi öyrənməsi, inkişaf etdirməsi və qoruması qarşıya mühüm vəzifə kimi qoyuldu. Müasir müstəqil Azərbaycanın hədəflərinin reallığa çevrilməsinə öz böyük töhfələrini verməyə qadir gənclərimiz vardır. Azərbaycan gənclər ölkəsidir. Əhalinin böyük qismini gənclər təşkil edir. Gənclər daim yenilikçi, təkmilləşməyə meyilli olur. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin ictimai-siyasi həyatında rolu artan gənclər ordusu formalaşıb. Tarixi Zəfərimiz Azərbaycan gənclərinin hansı imkanlara malik olduğunu nümayiş etdirdi. Torpaqlarımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Azərbaycan gəncləri vətənpərvərliyi, torpağa bağlılığı ilə dünyaya səs saldı. Artıq Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Azərbaycanın dünyaya təqdim etdiyi dirçəliş modeli özündə bütün yenilikləri əks etdirir. Bu isə öz növbəsində gələcəklə bağlı mühüm çağırışlara yol açır.
Yeni nəslin üzərinə düşən vəzifələri “Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır” fikirləri ilə bildirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz xoşbəxt, parlaq gələcəyə doğru inamla irəliləyirlər. Elmi nailiyyətləri, aparılan islahatlarda fəallıqları, özəl sahələrdə qazandıqları nailiyyətləri ilə güclü intellektual potensiala malik olduqlarını Vətənə xidmətləri ilə bildirən Azərbaycan gəncliyi dünyada mövcud olan ən müasir texnologiyalar əsasında yeniliklərə imza atmaqda fərqlənirlər. Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq görərik ki, gənclərimiz bu sahədə qazandıqları bilikləri ilə ölkəmizin inkişafına davamlı töhfələr verirlər. Gənclərimizin yenilikçi, böyük potensiala malik olmaları onların dövlət idarəçiliyində irəli çəkilmələrində əhəmiyyətli rol oynayır. Azərbaycan innovasiyalar ölkəsi kimi nüfuzunu daha da möhkəmləndirir. Təkcə ötən il çərçivəsində gənclərin innovativ inkişafına diqqət yetirmək kifayətdir. 2025-ci ildə gənclərin texnologiya, robotexnika və yaradıcılıq sahələrində iştirakını təşviq etmək məqsədilə müxtəlif müsabiqə, düşərgə və olimpiadalarda 2 000-dən artıq gənc iştirak etmişdir. AIRO 2025, “VikiGənclik” düşərgəsi, “I am Jazzman” müsabiqəsi, Dünya Robot Çempionatının və Dünya Robot Olimpiadasının seçmə mərhələləri, eləcə də “Robocamp”, “Gənc alim və tədqiqatçılar”, “El-oba” və “Caz” düşərgələri ilə birlikdə ümumilikdə 2 055 gənc iştirak etmişdir.
Daim yeniliyə maraq göstərən gənclərimiz müasir dövrün tələblərinə uyğun olaraq öz bilik və bacarıqlarını artırır, qalib, yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərin gerçəkləşməsinə öz töhfələrini vermək istiqamətində səylərini daha da artırırlar.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51

