Azərbaycanın yeni rəqəmsal arxitekturası gələcəyə atılan mühüm addımdır
13.02.2026 [12:31]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlət rəqəmsal transformasiyasının gələcək strategiyası, süni intellektin tətbiqi və rəqəmsal islahatların ölkənin inkişafında rolu əsas müzakirə mövzularından oldu. Ölkə Prezidenti İlham Əliyev çıxışında bildirib ki, rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.
Bu gün dünyada rəqəmsal texnologiyalar sürətlə inkişaf edir və ölkələrin tərəqqisində mühüm rol oynayır. Azərbaycan da bu qlobal prosesə qoşularaq ölkənin yeni rəqəmsal arxitekturasını formalaşdırmaq istiqamətində mühüm addımlar atır. Bu yanaşmanın əsas məqsədi dövlət idarəçiliyini daha müasir etmək, xidmətləri sürətləndirmək və vətəndaşların həyatını asanlaşdırmaqdır.
Ölkə Prezidentimiz də çıxışında xüsusi ilə qeyd edib ki, son illər ərzində müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir. Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin.
Bəli, yeni rəqəmsal arxitektura dövlət xidmətlərinin vahid elektron sistemdə birləşdirilməsini nəzərdə tutur. Bu sistem vasitəsilə vətəndaşlar bir çox xidmətləri onlayn şəkildə, vaxt itirmədən əldə edə biləcəklər. Bu isə həm şəffaflığı artırır, həm də bürokratik maneələri azaldır.
Rəqəmsal inkişafın mühüm istiqamətlərindən biri də süni intellekt və müasir texnologiyaların tətbiqidir. Bu texnologiyalar dövlət idarəçiliyində səmərəliliyi artırır, qərarların daha dəqiq və operativ verilməsinə kömək edir.
Kadr hazırlığının əsas vəzifələrdən biri olduğunu qeyd edən ölkə rəhbəri vurğulayıb ki, son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.
Eyni zamanda, rəqəmsal iqtisadiyyatın inkişafı yeni iş yerlərinin açılmasına və ölkənin rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır. Bu prosesdə təhsil sistemi də mühüm rol oynayır. Gənclərin rəqəmsal bilik və bacarıqlara yiyələnməsi gələcək inkişaf üçün vacibdir. Məktəblərdə və ali təhsil müəssisələrində müasir texnologiyaların öyrədilməsi ölkənin innovativ potensialını gücləndirəcək. Azərbaycanın yeni rəqəmsal arxitekturası ölkənin davamlı inkişafına xidmət edəcək. Bu strategiya həm iqtisadi artımı sürətləndirəcək, həm də vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsini təmin edəcək. Rəqəmsal gələcəyə doğru atılan bu addımlar Azərbaycanın müasir və güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33

