Səbail rayonunda Yeni Azərbaycan partiyasının yaranmasının 21-ci ildönümü qeyd olunub
21.11.2013 [09:15]
Noyabrın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri Zahid Qaralov partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Z.Qaralov YAP-ın 21 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirdiyini vurğulayıb. Ötən illər ərzində YAP-a böyük xalq sevgisinin, dəstəyinin yarandığını bildirən rayon təşkilatının sədri Azərbaycanın 1992-ci ildə üzləşdiyi ağır vəziyyətdən danışıb. O deyib: “Xaos, anarxiya vəziyyətində olan bir ölkənin rəhbərliyinə güclü və uzaqgörən şəxsiyyətin gətirilməsi əsas şərt idi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin müraciət əslində bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu öndər Heydər Əliyevə 91 ziyalının müraciəti təkcə 91 nəfərin deyil, ölkədə baş alıb gedən hakimiyyət böhranı nəticəsində yaranmış hərc-mərclikdən, özbaşınalıqdan cana doymuş bütöv bir xalqın Ümummilli liderə böyük ümidinin ifadəsi idi. Ümumilikdə, Azərbaycan vətəndaşlarının ictimai maraq və mənafelərinin ifadəsi olan 91 nəfər ziyalının Ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətində həmin dövrün səciyyəvi cəhətləri geniş təhlil olunaraq bu inam ifadə edilmişdir ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Ümummilli lider Heydər Əliyev bu müraciətə cavabı ilə müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirdi, YAP-ın obyektiv zərurətdən yarandığını bildirərək belə bir təşkilatın fəaliyyətində iştiraka hazır olduğunu bəyan etdi. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 600 mindən çox üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir”.
Z.Qaralov vurğulayıb ki, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı partiyanın həyatında yeni dövrün əsasını qoyub. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP-ın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolu inkaredilməzdir. Dövlətimizin başçısı İlham Əliyev bu günün reallıqlarına əsaslanaraq YAP-ın nəinki ölkənin, bölgənin aparıcı siyasi qüvvəsi olduğunu bildirir.
Tədbirdə YAP-a yeni qəbul olunan bir qrup gəncə partiyanın üzvlük vəsiqəsi təqdim olunub.
Sonda Səbail rayon İcra Hakimiyyəti tərəfindən YAP Səbail rayon təşkilatına kompyuter və bir qrup partiya fəalına hədiyyələr verilib.
Tədbir bayram konserti ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

