Azərbaycan–Serbiya: Dostluq və strateji tərəfdaşlığın simvolu
20.02.2026 [10:27]
2026-cı il Azərbaycan diplomatiyası baxımından intensiv və məhsuldar dövr kimi xarakterizə olunur. Yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumu çərçivəsində fəal iştirakı, fevral ayında Birləşmiş Ərəb Əmirlikləri və Almaniyaya həyata keçirilən rəsmi səfərlər, eləcə də Münxen Təhlükəsizlik Konfransındakı çıxışları Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və fəal diplomatik xəttinin bariz göstəricisi olmuşdur.Həmin diplomatik fəallığın məntiqi davamı olaraq, fevralın 15-də Serbiyaya həyata keçirilmiş dövlət səfəri iki ölkə arasında mövcud münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və əməkdaşlıq perspektivlərinin daha da genişləndiyini təsdiqləmişdir.
Azərbaycan ilə Serbiya arasında fəal və sistemli əməkdaşlıq xüsusilə 2010-cu ildən sonra intensiv xarakter alıb. 2013-cü ildə Bakıda imzalanmış “Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında” Bəyannamə münasibətlərin hüquqi-siyasi bazasını möhkəmləndirdi. Ötən müddət ərzində siyasi dialoqla yanaşı iqtisadi əlaqələr də sürətlə genişlənib. Xidmətlər sahəsində ticarət dövriyyəsinin dəfələrlə artması və imzalanmış sənədlərin sayının 60-dan çoxa çatması tərəflər arasında əməkdaşlığın institusional xarakter aldığını təsdiqləyir.
Səfər çərçivəsində Prezident İlham Əliyev ilə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında keçirilən görüşlər və Strateji Şuranın ilk iclası münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirdi. Liderlərin mətbuata bəyanatları əməkdaşlığın siyasi, iqtisadi, energetika və beynəlxalq platformalarda qarşılıqlı dəstək müstəvisində daha da dərinləşdirilməsi niyyətini ortaya qoydu. Xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstəyin vurğulanması tərəfdaşlığın strateji mahiyyətini göstərir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu bu əməkdaşlıqda xüsusi yer tutur. 2022-ci ildə Bakı ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ölkənin etibarlı enerji təchizatçısı statusunu möhkəmləndirdi. Hazırda Azərbaycan qazı Avropanın bir sıra ölkələrinə ixrac olunur və Serbiya da bu ölkələr sırasındadır.
Serbiya-Bolqarıstan qaz interkonnektorunun istifadəyə verilməsi ilə 2024-cü ildən etibarən Serbiya Azərbaycandan qaz idxal etməyə başlayıb. Hazırda illik tədarük həcmi yüz milyonlarla kubmetr səviyyəsindədir və yaxın illərdə bu rəqəmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Bu isə Serbiyanın enerji təhlükəsizliyinin şaxələndirilməsi baxımından mühüm addım olmaqla yanaşı, Azərbaycanın Avropa enerji bazarındakı mövqeyini daha da gücləndirir. Bundan əlavə, qaz-turbin elektrik stansiyasının tikintisi və idarə olunması üzrə razılaşmalar enerji sahəsində uzunmüddətli və kompleks əməkdaşlıq perspektivlərini açır.
Energetika ilə yanaşı, tərəflər iqtisadiyyat, nəqliyyat, hərbi-texniki sahə, media, mədəniyyət, idman və sosial təminat istiqamətlərində də əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Birbaşa hava əlaqələrinin inkişafı və turizm potensialının artırılması istiqamətində planlar xalqlararası münasibətlərin dərinləşməsinə xidmət edəcək.
Ümumilikdə, bu səfər Azərbaycan ilə Serbiya arasında formalaşmış strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Qütbləşmiş beynəlxalq mühitdə hər iki ölkənin balanslı və müstəqil siyasət yürütməsi, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli qurması onların regional sabitliyə töhfəsini artırır. Səfərin nəticələri bir daha təsdiqlədi ki, Bakı ilə Belqrad arasında münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır, genişmiqyaslı və uzunmüddətli strateji əməkdaşlıq platformasına çevrilməkdədir.
Rail Tağızadə
YAP Naxçıvan şəhər təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

