Azərbaycan tibb elminin parlaq siması
14.04.2026 [11:46]
Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynamış şəxsiyyətlərdən biri Zərifə Əliyevadır. Onun həyatı və fəaliyyəti tibb elminə sədaqətin, insanlara xidmətin və yüksək mənəvi dəyərlərin nümunəsi kimi qiymətləndirilir. Zərifə Əliyevanın dahi bir şəxsiyyət kimi həyat yolu, elmi fəaliyyəti və səhiyyə sahəsinə verdiyi töhfələr daim biz - gənc nəslə örnək olmalı və yaradıcılıq mühitində gənclərin ilham qaynağı olmalıdır.
Həkim-oftalmoloq, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1983) olan Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində ziyalı ailədə, gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyevin və Leyla xanım Əliyevanın ailəsində dünyaya göz açıb. Elə həmin ildə Bakıya köçən ailə övladlarının işıqlı, parlaq gələcəyi üçün etibarlı zəmin yaradaraq onların seçdikləri peşədə yüksək səviyyəli mütəxəssis kimi yetişmələrinə böyük töhfələr vermişlər. Ziyalı ailədə böyüməsi onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdir. Erkən yaşlarından elmə maraq göstərən Zərifə Əliyeva gələcəkdə qardaşları Tibb elmləri doktoru Tamerlan Əliyev və akademik Cəmil Əliyev kimi tibb sahəsini seçərək insanlara faydalı olmağı qarşısına məqsəd qoyur Tibb təhsili illərində O, xüsusilə oftalmologiya sahəsinə maraq göstərmişdir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları və bu sahədə kifayət qədər məlumatlı mütəxəssislər yox idi. Traxomanın sosial xəstəlik kimi genişmiqyaslı yayılmasının qarşısı Zərifə xanım Əliyevanın bu sahədə apardığı tədqiqatlarının uğurlu nəticəsi olaraq alınmışdır.
Görmə orqanının mürəkkəb quruluşu və onun insan həyatında oynadığı mühüm rol alimi bu sahədə dərin araşdırmalar aparmağa sövq etmişdir. O, təhsilini uğurla başa vurduqdan sonra elmi fəaliyyətə başlayır. 1960-cı ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir və bu sahə üzrə ixtisaslaşaraq elmlər namizədi dərəcəsinə yüksəlir. 1977-ci ildə "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edir və ona Tibb elmləri doktoru elmi dərəcəsi verilir
Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri göz xəstəliklərinin öyrənilməsi olmuşdur. O, bu sahədə aparılan tədqiqatlara yeni yanaşmalar gətirmiş, diaqnostika və müalicə üsullarının təkmilləşdirilməsinə töhfə vermişdir. Onun tədqiqatları yalnız nəzəri deyil, praktik əhəmiyyətə malik olmuşdur. Zərifə xanımın elmi klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlarının nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Zərifə xanımın müəllifi olduğu "Kəskin virus konyuktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və digər əsərlər oftalmologiya elmində böyük rəğbətlə qarşılanmışdır. Alim göz yaşı aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və digər əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu monoqrafiyalardan "İridodiaqnostikanın əsasları" rəngli illüstrasiyalarla "Azərnəşr" tərəfindən, digər monoqrafiya isə "İridodiaqnostika" adı ilə 1988-ci ildə Moskvada nəşr edilmişdir. Qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır.
Alim sənaye sahəsində çalışan insanların göz sağlamlığının qorunması məsələsinə xüsusi diqqət yetirmişdir. Kimya və digər istehsalat sahələrində çalışan işçilərin qarşılaşdığı problemləri araşdıraraq onların qarşısının alınması üçün elmi əsaslı tövsiyələr vermişdir. Bu sahədə apardığı tədqiqatlar Azərbaycan səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb edir. Zərifə xanım Əliyeva apardığı tədqiqatların nəticələrini daim beynəlxalq konfranslarda alimlərin diqqətinə çatdırmış və bu sahədə profilaktik müalicə üsullarının geniş tətbiqinə yer verilməsinin önəmini anlatmışdır.
Zərifə Əliyeva profilaktik tibbin inkişafına da böyük önəm vermişdir. O hesab edirdi ki, xəstəliklərin qarşısının alınması onların müalicəsindən daha effektivdir. Bu yanaşma onun fəaliyyətində əsas prinsiplərdən biri olmuşdur.Məhz bu səbəbdən tez-tez kimsəsiz uşaqlar evlərini ziyarətə getmiş və uşaqlara təmənnasız xidmət göstərmişdir.
Onun pedaqoji fəaliyyəti də xüsusi qeyd olunmalıdır. O, gənc həkimlərin hazırlanmasında mühüm rol oynamış, onların həm peşəkar, həm də mənəvi cəhətdən inkişafına töhfə vermişdir. Tələbələri onu yüksək səviyyəli mütəxəssis və qayğıkeş müəllim kimi xatırlayırlar. Akademik Zərifə Əliyeva onlarca elmlər doktoru və fəlsəfə doktorunun elmi rəhbəri və məsləhətçisi olmuşdur. Onun təşəbbüsü və təşkilatçılığı ilə Bakıda ilk dəfə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin Plenumu keçirilmişdir. Bu plenumun keçirilməsi həm Azərbaycanda, həm də keçmiş İttifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynadı.
Zərifə Əliyevanın ictimai fəaliyyəti də diqqətəlayiqdir. O, səhiyyə sahəsində maarifləndirmə işlərinin aparılmasına, əhalinin sağlamlıq səviyyəsinin yüksəldilməsinə yönəlmiş təşəbbüslərlə çıxış etmişdir. Bu fəaliyyət onun cəmiyyət qarşısında məsuliyyət hissinin göstəricisidir.
Şəxsiyyət kimi Zərifə Əliyeva sadəliyi, humanizmi və insanlara olan münasibəti ilə seçilirdi. O, xəstələrinə yalnız həkim kimi deyil, həm də insan kimi yanaşırdı. Bu xüsusiyyətlər onun cəmiyyətdə böyük hörmət qazanmasına səbəb olmuşdur.
1985-ci ildə vəfat etməsinə baxmayaraq, Zərifə Əliyevanın elmi irsi bu gün də yaşayır. Onun tədqiqatları və ideyaları müasir tibb elmi üçün aktual olaraq qalır. Azərbaycan səhiyyəsinin inkişafında onun xidmətləri əvəzsizdir.
Zərifə xanım Əliyevanın həyatı Azərbaycan səhiyyəsinə həsr olunmuş bir ömür kimi dəyərləndirilə bilər. O, öz fəaliyyəti ilə gələcək nəsillər üçün örnək olmuşdur və onun adı Azərbaycan tibb tarixində daim hörmətlə yad ediləcəkdir.
Turanə Atakişiyeva
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

