Azərbaycan daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur
28.04.2026 [16:43]
Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də Azərbaycana işgüzar səfər etdi. Qəbələdə Prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Görüşlərdə dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlandı, Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirildi. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu. Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən qonaq bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulandı.
Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında görüşlərin müntəzəm xarakter daşıdığını önə çəkərək bildirdi ki, son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ukrayna Prezidenti Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmişdir. Prezidentlərin şəxsi münasibətləri də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. 2022-ci ilin yanvarında Kiyevə səfərini xatırladan cənab İlham Əliyev bildirdi ki, o zaman aparılan fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.
Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.
Prezident İlham Əliyev onu da qeyd etdi ki, keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik.
Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq genişlənməkdədir. SOCAR Ukraynada fəaliyyət göstərir və energetika sahəsində müxtəlif layihələr icra edir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, burada həm əldə edilmiş nailiyyətlər var, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Növbəti illərdə bu rəqəm daha da artacaq. Çünki buna da böyük imkanlar var.
Azərbaycanla Ukrayna arasında hərbi müdafiə sahəsində əməkdaşlığın qurulması üçün də geniş imkanlar mövcuddur. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var.
Göründüyü kimi, Azərbaycan-Ukrayna münasibətlərinin bütün sahələrdə uğurlu inkişafı üçün geniş imkanlar mövcuddur. Tərəflər hərtərəfli inkişafı təmin üçün səylərini daha da artırırlar.
Azərbaycanın ikitərəfli əlaqələrin inkişafında əldə etdiyi uğurlar davamlılığı ilə diqqətdədir. Ukrayna Prezidentinin ardınca Çex Respublikasının Baş naziri Andrey Babiş aprelin 26-da ölkəmizdə rəsmi səfərdə oldu. Aprelin 27-də Qəbələdə Azərbaycan Prezidentinin Çex Respublikasının Baş naziri Andrey Babiş ilə təkbətək və geniş tərkibdə görüşü oldu. Cənab İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata birgə bəyanatla çıxış etdilər, həmçinin onların iştirakı ilə Azərbaycan-Ukrayna biznes-forumu keçirildi. Biznes-forumda Azərbaycanın iqtisadi imkanlarından, enerji diplomatiyasından, əlverişli biznes mühitinin mövcudluğundan geniş bəhs edən cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, Çexiya və Azərbaycandan olan biznes dairələrinin nümayəndələri yaxşı dost olacaqlar. Bu dostluğun təməli bu gün qoyulacaq və o, davam edəcəkdir.
Dövlət başçısı İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin mətbuata birgə bəyanatları da iki ölkənin münasibətlərinin gələcək inkişafını açıqladı. Cənab İlham Əliyev bildirdi ki, biz üç ay bundan əvvəl Davosda görüşmüşük. Bu, bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq: “Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bu gün cənab Baş nazir bu səfəri Azərbaycana həyata keçirir. Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır”.
Çexiya-Azərbaycan əməkdaşlığının perspektivlərindən, ayrı-ayrı sahələrdə əlaqələrin qurulması üçün mövcud imkanlardan geniş bəhs edən cənab İlham Əliyev vurğuladı ki, iki ölkənin dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.
Çexiya Baş nazirinin Azərbaycana səfəri fonunda aydın olur ki, Azərbaycan artıq regional deyil, daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur. Diplomatik fəallığın artması, yeni mərkəzlərin, xüsusilə Qəbələnin ön plana çıxması və iqtisadi əməkdaşlığın dərinləşməsi ölkəmizin beynəlxalq sistemdə rolunun gücləndiyini təsdiqləyir. Bu proseslər Azərbaycanın Avropa ilə münasibətlərində də daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın formalaşdığını göstərir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

