Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş “voleybol ” idman növü üzrə yarış baş tutub.

Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş “voleybol ” idman növü üzrə yarış baş tutub.

30.04.2026 [16:32]

Bakı şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışda YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov, YAP Xəzər rayon təşkilatının əməkdaşları, YAP Xəzər rayon ərazi partiya təşkilatlarının sədrləri, Xəzər rayonunda yerləşən orta ixtisas təhsil müəssisələrinin idman komandaları və müəssisə rəhbərləri iştrak edib.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsinin əsas məqsədləri Ümummilli lider Heydər Əliyevin anadan olmasını təntənəli surətdə qeyd etmək, gəncləri bədən tərbiyəsi və idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir.

Yarışı giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov iştirakçıları salamlayaraq ilk öncə ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan geniş bəhs edib. Şəfayət Nənəcanov qeyd edib ki, idman yarışlarının keçirilməsi, gənclərin bu sahədə aktivlik nümayiş etdirməsinin səbəbi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətidir. Məhz buna görə də keçiriləcək silsilə idman yarışları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunması təsadüfi deyil.

Daha sonra Bakı şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektorunun müdiri Gündüz Vəliyev, 216 saylı tam orta məktəbin direktoru Çinarə Cəbrayılova çıxış edərək bildirmişlər ki, bu gün Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı üçün böyük imkanlar yaradılıb. Bu inkişafın təməlində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanmışdır.Hər kəsə yaxşı məlumdur ki, məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitliyə nail oldu. Bir çox sahələrdə olduğu kimi, idman sahəsində də böyük canlanma və sürətli inkişaf başlandı. Əhalinin fiziki-mənəvi sağlamlığının qorunması, idmanın inkişafı Ümummilli lider Heydər Əliyevin daim diqqətdə saxladığı məsələlərdən idi. Ulu öndərin respublikaya rəhbərlik etdiyi illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görüldü. Ulu öndərin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasəti nəticəsində bu sahənin inkişafında yeni mərhələ başlandı. Son illər ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif idman növləri üzrə keçirilən turnirlərdə uğurlu nəticələr göstərirlər.

Çıxışların sonunda natiqlər iştirakçılara uğurlar arzu ediblər.

29 aprel 2026 cı il tarixində final görüşünün açılışı baş tutdu. YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək bildirmişdir ki,    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı təşkil edilən silsilə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. O qeyd edib ki, müasir müstəqil Azərbaycanın memarı olan Ulu Öndərin dövlətçilik irsi xalqımızın yaddaşında daim yaşayacaq. Eyni zamanda vurğulanıb ki, keçirilən idman yarışları həm sağlam həyat tərzinin təşviqi, həm də gənclərin fiziki inkişafı baxımından əhəmiyyətlidir.                 

Final görüşündə Sabir Abbasov adına 117 saylı ümumtəhsil məktəbi və Elçin Şəmiyev adına 149 saylı ümumtəhsil məktəbinin komandaları mübarizə aparırdılar. Ramiz Qasımov adına 216 saylı ümumtəhsil məktəbinin idman zalında təcrübəli hakimlər tərəfindən idarə edilən yarışda komandalar 1 qrupda mübarizə aparıb. Final qarşılaşmasında 117 saylı ümumtəhsil məktəbi 1ci yerə, 149 saylı ümumtəhsil məktəbi 2ci yerə və 26 saylı ümumtəhsil məktəbi isə 3 cü yerə layiq görülüb.

Sonda xatirə şəkilləri çəkdirilib

 

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31