Ölkəmizdə dövlət tərəfindən idmana olan diqqət və qayğı göz qabağındadır
04.05.2026 [13:50]
Azərbaycan idmanının son illərdə keçdiyi inkişaf yolu hər kəs üçün aydın və qürurvericidir. Bu gün ölkəmiz idman sahəsində əldə etdiyi nailiyyətlərlə yalnız regionda deyil, dünya miqyasında da tanınır.
Tiranada keçirilən Avropa çempionatında qazanılan bu böyük qələbə, sözsüz ki, yalnız idmançıların deyil, bütün xalqın sevincinə səbəb olub. Prezident öz çıxışında vurğulayıb ki, Azərbaycan güləşçiləri hər zaman olduğu kimi bu yarışda da peşəkarlıqlarını, iradələrini və qələbə əzmlərini ortaya qoyaraq Avropada lider olduqlarını bir daha sübut ediblər. Müasir dövrdə güləş kimi rəqabətin son dərəcə gərgin olduğu bir idman növündə bu cür nəticə əldə etmək, həqiqətən də böyük nailiyyət hesab olunur.
Dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı, yaradılan müasir infrastruktur, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan idmanı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Azərbaycan idmançıları həm Olimpiya Oyunlarında, həm də dünya və Avropa çempionatlarında ölkəmizi ləyaqətlə təmsil edirlər.
Azərbaycan güləşinin güclənməsi təkcə idman uğuru deyil, həm də milli ruhun, iradənin və əzmkarlığın göstəricisidir. Hər bir qələbə bu sahəyə göstərilən diqqətin və uzunmüddətli strategiyanın nəticəsidir. Gənc idmançıların böyük yarışlarda uğur qazanması isə gələcək üçün daha parlaq perspektivlər vəd edir.Azərbaycan güləşində müşahidə olunan inkişaf həm sistemli idarəetmənin, həm də düzgün qurulmuş seleksiya və hazırlıq proseslərinin məntiqi nəticəsidir. Bu uğurlar göstərir ki, ölkəmizdə güləş idmanı davamlı şəkildə inkişaf edir və gələcəkdə daha böyük beynəlxalq nailiyyətlər qazanmaq üçün möhkəm baza formalaşıb.
Prezidentin qeyd etdiyi kimi İdman hər bir ölkənin qüdrətini nümayiş etdirir. Bu siyasət Azərbaycanın təkcə idman arenasında deyil, həm də ümumi inkişaf səviyyəsində liderliyini təmin edir.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15

