Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağstafada taekvondo üzrə açıq rayon birinciliyi keçirilib

Ağstafada taekvondo üzrə açıq rayon birinciliyi keçirilib

26.05.2026 [15:38]

25 may 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə “28 May – Müstəqillik günü” münasibətilə kiçik yaşlı yeniyetmələr arasında taekvondo üzrə açıq rayon birinciliyi keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının əməkdaşları, “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatının, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İştirakçılara uğurlar arzulanaraq yarışa start verilib.

Gərgin idman mübarizəsi şəraitində keçən taekvondo üzrə açıq rayon birinciliyində yüksək nəticə əldə etmiş yeniyetmələrə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatının diplom və medalları təqdim olunub.

Sonda isə xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31