Azərbaycan aqrar sahədə dayanıqlı inkişaf modelini formalaşdırır
01.06.2026 [17:16]
Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ölkəmizdə aqrar siyasətin gələcək istiqamətləri elan edildi. Müşavirədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan yaxın illərdə aqrar sahənin inkişafını iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi davam etdirəcək. 2026−2030-cu illəri əhatə edən Yeni Dövlət Proqramı isə ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd yerlərində rifahın yüksəldilməsi və ixrac potensialının artırılması baxımından mühüm mərhələ olacaq. Prezident İlham Əliyev öz çıxışında qlobal bazarlarda baş verən geosiyasi dəyişiklikləri fonunda qida təhlükəsizliyinin milli təhlükəsizliyin tərkib hissəsi olduğunu xüsusi vurğulamışdır. Ölkə rəhbəri qeyd etmişdir ki, Azərbaycan əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsini maksimum dərəcəyə çatdırmalıdır. Xüsusilə taxılçılıq, heyvandarlıq və quşçuluq sahələrində yerli istehsalın artırılması, idxaldan asılılığın minimuma endirilməsi hökumət qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. Prezident ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının həm daxili tələbatı ödəmək, həm də ölkəyə valyuta axınını təmin edən qeyri-neft ixracını stimullaşdırmaq baxımından əhəmiyyətini diqqətə çatdırmışdır.
Müşavirədə dövlət başçısının toxunduğu ən əsas məsələlərdən biri qlobal iqlim dəyişiklikləri şəraitində su ehtiyatlarından qənaətlə və səmərəli istifadə edilməsi olmuşdur. Prezident cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş geniş tərkibli müşavirədəki proqram xarakterli çıxışı ölkənin aqrar sektorunun mövcud vəziyyətini təhlil etmək, qarşıda duran vəzifələri müəyyənləşdirmək və gələcək inkişaf trayektoriyasını cızmaq baxımından müstəsna əhəmiyyət kəsb edir. Prezidentin çıxışında qida təhlükəsizliyinin təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin aqrar potensialının dövriyyəyə cəlb edilməsi, su ehtiyatlarından səmərəli istifadə və subsubsidiyalaşdırma sisteminin təkmilləşdirilməsi kimi qlobal və regional çağırışlara cavab verən fundamental məsələlər ön plana çəkilmişdir. Prezident cənab İlham Əliyevin müşavirədəki çıxışı bir daha göstərdi ki, Azərbaycan kənd təsərrüfatının inkişafına artıq yalnız sosial və iqtisadi sahə kimi deyil, milli inkişaf strategiyasının əsas sütunlarından biri kimi yanaşır.
Prezident İlham Əliyev müşavirədə dünyada baş verən iqtisadi və iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirindən də geniş bəhs etmişdir. Azərbaycanın da bu istiqamətdə mühüm addımlar atdığı və ərzaq təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanmışdır.
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32

