Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tərtərdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Uşaqlar gələcəyimizdir" adlı tədbir keçirilib

Tərtərdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Uşaqlar gələcəyimizdir" adlı tədbir keçirilib

01.06.2026 [19:21]

Tədbir YAP Tərtər rayon təşkilatı, Qarabağ Regional Gənclər və İdman İdarəsi, Tərtər rayon Uşaq və Gənclər İnkişaf Mərkəzi və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Tərtər rayon Mədəniyyət Mərkəzində keçirilib.

Tədbirdən öncə Dövlət Himni səsləndirilib, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov, Tərtər rayon Uşaq və Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəliyi Fərid Hacıyev çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Çıxışlarda uşaqların ölkəmizin gələcəyi olduğu vurğulanıb, onların təlim-tərbiyəsinə və hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan bəhs olunub.

Tədbirin bədii hissəsində uşaqların ifasında mahnılar səsləndirilib, rəqs nömrələri nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 43 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30