Enerji diplomatiyasında Azərbaycan modeli
02.06.2026 [14:47]
Müasir beynəlxalq münasibətlər sistemində enerji artıq yalnız iqtisadi kateqoriya deyil. Enerji ehtiyatları dövlətlərin xarici siyasət imkanlarını genişləndirən, geosiyasi mövqelərini gücləndirən, regional və qlobal proseslərə təsir imkanlarını artıran strateji amilə çevrilib. Son illərdə dünyada baş verən siyasi qarşıdurmalar, enerji bazarlarında müşahidə olunan dəyişikliklər və yeni geosiyasi reallıqlar da bunu bir daha təsdiqləyir. Belə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan özünü təkcə enerji istehsalçısı kimi deyil, həm də regional sabitliyə və beynəlxalq əməkdaşlığa töhfə verən etibarlı siyasi tərəfdaş kimi təsdiqləyib.
Cənab Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı da məhz bu reallıqları əks etdirən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının çıxışında enerji məsələləri ilə yanaşı, Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolu, milli maraqlara əsaslanan dövlət siyasəti, regional liderlik mövqeyi və beynəlxalq əməkdaşlıq modelinin əsas prinsipləri ətraflı şəkildə ifadə olundu. Bu çıxışın əsas siyasi mahiyyəti ondan ibarətdir ki, Azərbaycan öz enerji resurslarını heç vaxt yalnız iqtisadi gəlir mənbəyi kimi qiymətləndirməyib. Hələ müstəqilliyin ilk illərində qəbul edilən strateji qərarlar göstərdi ki, enerji siyasəti dövlət quruculuğu prosesinin ayrılmaz hissəsi kimi nəzərdən keçirilir. Məhz bu yanaşma sonradan ölkənin siyasi və iqtisadi müstəqilliyinin möhkəmlənməsində həlledici rol oynadı. Cənab Prezident İlham Əliyev çıxışında 1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi ağır vəziyyəti xatırladaraq diqqəti mühüm bir həqiqətə yönəltdi. Həmin dövrdə ölkə həm siyasi böhran, həm iqtisadi tənəzzül, həm də hərbi təcavüzlə üz-üzə idi. Dövlət institutları zəifləmiş, iqtisadiyyat iflic vəziyyətinə düşmüş, torpaqların beşdə biri işğal olunmuşdu. Belə bir şəraitdə enerji strategiyasının formalaşdırılması əslində dövlətin xilası üçün seçilmiş yeganə real yol idi. Bu gün geriyə nəzər saldıqda aydın görünür ki, həmin dövrdə atılan addımlar təkcə iqtisadi deyil, həm də siyasi baxımdan tarixi əhəmiyyət daşıyırdı.
Azərbaycanın beynəlxalq enerji layihələrinə qoşulması ölkənin dünya siyasətində görünməsini təmin etdi, yeni tərəfdaşlıqlar formalaşdırdı və müstəqil xarici siyasət yürütmək imkanlarını genişləndirdi. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri milli maraqlara söykənən siyasət modeli oldu. Dövlət başçısı vurğuladı ki, Azərbaycan bütün qərarlarını öz milli maraqlarını əsas götürərək qəbul edib və müxtəlif dövrlərdə ölkəyə kənardan verilən yanlış tövsiyələrə uymayıb. Əslində bu fikir son otuz ildə Azərbaycanın qazandığı uğurların əsas izahlarından biridir. Müstəqil siyasət kursu ölkəyə həm iqtisadi, həm də siyasi baxımdan manevr imkanları qazandırdı. Azərbaycan müxtəlif güc mərkəzləri arasında balanslaşdırılmış münasibətlər quraraq öz maraqlarını qorumağı bacardı. Bu siyasət nəticəsində ölkə həm Qərb, həm Şərq, həm də region dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq modeli formalaşdırdı. Bu gün Azərbaycanın enerji diplomatiyasının uğuru da məhz həmin siyasətin nəticəsi kimi qiymətləndirilir. Çünki enerji layihələrinin həyata keçirilməsi yalnız maliyyə və texniki imkanlarla mümkün olmur. Bunun üçün etimad mühiti, siyasi sabitlik və uzunmüddətli tərəfdaşlıq münasibətləri lazımdır. Cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycanın qazının artıq 16 ölkəyə çatdırılması faktının xüsusi vurğulanması təsadüfi deyildi. Bu göstərici ölkənin beynəlxalq nüfuzunun və diplomatik imkanlarının real nəticəsidir. Xüsusilə Avropada enerji təhlükəsizliyi məsələlərinin prioritetə çevrildiyi bir dövrdə Azərbaycanın rolu daha da artıb.
Bu gün Avropanın enerji xəritəsini Azərbaycan olmadan təsəvvür etmək çətindir. Cənub Qaz Dəhlizi layihəsi artıq yalnız iqtisadi layihə deyil, həm də geosiyasi əhəmiyyət daşıyan strateji platformadır. Azərbaycan bu platformanın təşəbbüskarı və əsas aparıcı qüvvəsi kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri enerji siyasəti ilə hərbi-siyasi güc arasında qurulan əlaqə idi. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, ölkənin iqtisadi imkanları olmasaydı, güclü ordu qurmaq və torpaqları işğaldan azad etmək mümkün olmazdı. Bu fikir Azərbaycanın inkişaf modelinin siyasi fəlsəfəsini ortaya qoyur. Enerji resurslarından əldə olunan gəlirlər ilk növbədə dövlətin gücləndirilməsinə, təhlükəsizlik imkanlarının artırılmasına və milli maraqların qorunmasına xidmət edib. Nəticədə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq beynəlxalq hüququn tələblərini öz gücü ilə təmin edən nadir dövlətlərdən birinə çevrildi. Çıxışda yer alan digər mühüm siyasi məqam Azərbaycanın gələcək inkişaf strategiyası ilə bağlı idi. Dövlət başçısı bir daha bəyan etdi ki, ölkə ənənəvi enerji sahəsində mövqelərini qorumaqla yanaşı, yaşıl enerji sektorunun inkişafına da böyük önəm verir. Bu yanaşma Azərbaycanın qlobal prosesləri düzgün qiymətləndirdiyini göstərir. Dünya enerji bazarlarında baş verən dəyişikliklər fonunda yaşıl enerji sahəsinə investisiyaların artırılması ölkənin gələcək geosiyasi mövqeyini daha da gücləndirəcək. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr də məhz bu strateji məqsədə xidmət edir. Eyni zamanda, Qara dəniz enerji kabeli, Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı və yeni nəqliyyat marşrutlarının yaradılması Azərbaycanın regional inteqrasiya proseslərində aparıcı rolunu daha da möhkəmləndirir.
Bu gün Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil. Azərbaycan yeni geosiyasi reallıqlar formalaşdıran, regional əməkdaşlıq təşəbbüsləri irəli sürən, enerji və nəqliyyat dəhlizlərinin əsas iştirakçısı olan nüfuzlu dövlət kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı da məhz bu reallığın siyasi ifadəsi kimi dəyərləndirilə bilər. Çünki bu çıxışda yalnız enerji layihələrinin uğurlarından bəhs edilmirdi. Burada dövlətçilik təcrübəsi, milli maraqlara söykənən siyasət, iqtisadi müstəqillik, regional liderlik və beynəlxalq nüfuzun formalaşdırdığı müasir Azərbaycan modelinin əsas konturları təqdim olunurdu. Məhz buna görə də Bakı Enerji Həftəsindən verilən mesajlar enerji gündəliyinin sərhədlərini aşaraq daha geniş siyasi məna kəsb edir. Bu mesajlar göstərir ki, Azərbaycan enerji resurslarını milli gücə çevirən, milli gücü isə regional liderlik və qlobal tərəfdaşlıq platformasına yüksəldən uğurlu dövlət strategiyasını ardıcıl şəkildə davam etdirir. Bu strategiyanın mərkəzində isə güclü dövlət, müstəqil siyasət və cənab Prezident İlham Əliyevin liderliyi dayanır.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05

