Azərbaycan dilinin inkişaf yolu
30.07.2026 [11:05]
Dil hər bir millətin mövcudluğunu, tarixi yaddaşını və milli kimliyini təmin edən ən mühüm mənəvi sütundur. Bir xalqın özünütəsdiqi, mədəni irsini nəsillərdən-nəsillərə ötürməsi və müstəqil subyekt kimi dünya səhnəsində yer alması birbaşa onun ana dilinə olan münasibəti ilə bağlıdır. Müasir dünyada qlobal inteqrasiya proseslərinin sürətləndiyi bir şəraitdə zəngin söz ehtiyatına və dərin tarixi köklərə malik Azərbaycan dilinin incəliklərinə dərindən yiyələnmək, onu düzgün işlətmək hər bir gəncin başlıca vəzifəsidir. Müstəqil Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi status qazanması ilə yanaşı, onun cəmiyyətin bütün sahələrində işlək, mütləq hakim dilə çevrilməsi sosial və mədəni inkişafın əsas şərtidir. Ana dilinin saflığını qorumaq, onu müasir kommunikasiya vasitələrində düzgün təbliğ etmək milli ideologiyanın formalaşmasında strateji əhəmiyyət kəsb edir.
Azərbaycan dilinin dövlət dili kimi bərqərar olunması, zənginləşməsi və tətbiq dairəsinin genişlənməsi Ümummilli Lider Heydər Əliyevin adı və çoxşaxəli fəaliyyəti ilə sıx bağlıdır. Hələ SSRİ dövründə, 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi dahi rəhbərin böyük siyasi iradəsinin və cəsarətinin nəticəsi idi. Müstəqillik dövründə isə 1995-ci ildə qəbul edilən Əsas Qanunla Azərbaycan dili rəsmi dövlət dili statusunu möhkəmləndirdi. Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olundu, latın qrafikalı əlifbaya tam keçid təmin edildi. Ümummilli Liderin bu misilsiz dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilir. Cənab Prezident İlham Əliyevin dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsi, Azərbaycan dilində kütləvi nəşrlərin həyata keçirilməsi, habelə elektron məkan üzərində ana dilimizin mövqelərinin möhkəmləndirilməsi və saflığının qorunması ilə bağlı imzaladığı fərman və sərəncamlar dövlət dilinə göstərilən ali diqqətin aydın təzahürüdür.
Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə yanaşı, Azərbaycan dilinin saflığının və zənginliyinin qorunması hər bir vətəndaşın üzərinə böyük mənəvi məsuliyyət qoyur. Dilin lüğət tərkibinə yersiz xarici sözlərin daxil olmasının qarşısını almaq, ədəbi dil normalarına riayət etmək, nitq mədəniyyətini yüksəltmək və onu gələcək nəsillərə deformasiyaya uğramadan ötürmək hər bir azərbaycanlının müqəddəs borcudur. Dilini qoruyan xalq öz müstəqilliyini, milli ruhunu və mənəvi varlığını qorumuş olur. 1 Avqust tarixi bu məsuliyyəti bir daha dərk etmək və ana dilimizə olan ehtiramı nümayiş etdirmək üçün mühüm mənəvi zəmindir.
Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

