Azərbaycan və Qırğızıstan – Müttəfiqlik və Qardaşlıq Münasibətlərinin Yeni Zirvəsi
05.08.2026 [10:00]
İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına reallaşdıran dövlət səfəri iki ölkə arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərində tamamilə yeni bir səhifə açdı. Qırğızıstan Prezidenti Sadır Japarovla baş tutan yüksək səviyyəli danışıqlar göstərdi ki, Bakı və Bişkek arasındakı siyasi dialoq hazırda özünün ən yüksək inkişaf dövrünü yaşayır.
Səfərin ən mühüm və tarixi hadisəsi heç şübhəsiz ki, iki qardaş dövlət arasında"Müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması oldu. Bu sənəd sadəcə hüquqi bir çərçivə deyil, həm də ölkələrin bir-birinə olan qarşılıqlı inamının, gələcək inkişafla bağlı ortaq baxışlarının və regional təhlükəsizlik məsələlərində eyni mövqedən çıxış etmələrinin bariz təzahürüdür. Liderlərin mətbuat bəyanatlarında da xüsusi vurğulandığı kimi, müttəfiqlik böyük məsuliyyət tələb edir və hər iki tərəf bu məsuliyyəti məmnuniyyətlə öz üzərinə götürür.
Görüş çərçivəsində iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan addımlar da diqqətəlayiqdir. Belə ki, birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması qərara alındı. Fond vasitəsilə 8 yeni təşəbbüsə start verilməsi və layihələrin maliyyələşdirilməsi ölkələr arasında ticarət dövriyyəsinin artmasına, yeni iş yerlərinin yaradılmasına və müştərək istehsalın qurulmasına birbaşa təkan verəcəkdir.
Xalqlarımız arasındakı mədəni və tarixi bağlar birgə layihələrdə də öz əksini tapır. İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin sərmayəsi ilə inşa edilən ilk beşulduzlu "Bakı" hotelinin açılışı bu əməkdaşlığın uğurlu nəticələrindəndir.
Digər tərəfdən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Qırğızıstanın mənəvi və əməli dəstəyi də yüksək qiymətləndirilir. Ağdam rayonunda qardaş ölkə tərəfindən "Manas" adını daşıyan məktəbin inşası və istifadəyə verilməsi Qırğız xalqının Qarabağın bərpası işinə verdiyi əvəzsiz bir töhfə kimi tarixə düşüb. Bakıda və Bişkekdə qarşılıqlı olaraq açılan mədəniyyət ocaqları, parklar və abidələr (o cümlədən Çingiz Aytmatovun abidəsi) hər iki xalqın bir-birinin tarixi irsinə bəslədiyi dərin hörmətin sübutudur.
Bütün bu faktlar sübut edir ki, Azərbaycan və Qırğızıstan əlaqələri yalnız diplomatik sənədlər üzərində deyil, real fəaliyyət, qarşılıqlı iqtisadi mənfəət və sarsılmaz mənəvi bağlar əsasında dinamik şəkildə inkişaf etməkdədir.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25

