Bakı G20-də: Qlobal tərəfdaşlığa doğru...
18.08.2026 [11:45]
Yeni dünya nizamında Azərbaycan geoiqtisadi güc kimi çıxış edir
Xarici siyasət kursunda əməkdaşlıq, tərəfdaşlıq və təhlükəsizlik amillərini ön plana çıxaran Azərbaycan müasir çağırışlara adekvat cavab verməkdədir. Yeni iqtisadi münasibətlər sisteminin formalaşdığı hazırki dövrdə ölkəmiz bir sıra parametrlər üzrə qlobal dünyanın diqqətini cəlb edir. Xüsusilə, beynəlxalq iqtisadi münasibətlərdə real və praqmatik rolu, qlobal təşəbbüskarlığı, qısa zamanda orta güc statusu qazanması Azərbaycan üçün mühüm üstünlüklər yaradır. Prezident İlham Əliyevin yürütdüyü siyasət əməkdaşlığa, qarşılıqlı milli maraqların qorunmasına əsaslandığı üçün dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana etimad göstərir, ölkəmizi öz sıralarında görməkdən məmnunluq duyduğunu dilə gətirirlər. Təsadüfi deyil ki, Azərbaycan artıq qlobal çağırışların müzakirə masalarında təmsil olunur. Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi G20-yə dəvət edib. Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında baş tutmuş telefon danışığı zamanı dövlətimizin başçısı G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bu, ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib.
Regional liderlikdən qlobal orta güc statusuna...
Vurğulandığı kimi, Azərbaycan dövləti xarici siyasət kursunda çoxvektorlu yanaşmaya xüsusi əhəmiyyət verir. Bu kursun ən mühüm dayaqlarından biri çoxtərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın gücləndirilməsidir - ölkəmiz təmsil olunduğu hər bir beynəlxalq platformada fəallığı və təşəbbüskarlığı ilə seçilir, qlobal miqyasda əhəmiyyətli aktor kimi qəbul olunur. Azərbaycanın iqtisadi əməkdaşlığa verdiyi töhfələr, enerji təhlükəsizliyində oynadığı rol, nəqliyyat dəhlizlərinin inkişafında yaratdığı imkanlar və qlobal təhlükəszlik prizmasından Cənubi Qafqazda sülh gündəmini reallaşdırması bu fəallığın konkret göstəriciləridir.
Eyni zamanda, Azərbaycanın yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticari münasibətlər sisteminə verdiyi töhfələr beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Ərazi baxımından kiçik olsa da, Azərbaycanın dünyada cərəyan edən iqtisadi-ticari proseslərə aktiv müdaxilə imkanı mövcuddur. Nəticə isə göz önündədir - bu gün ABŞ, Aİ, Türkiyə, ərəb-islam dünyası, Mərkəzi Asiya, Uzaq Şərq, Çin, hətta fərqli qitələrin təmsilçiləri Azərbaycanın apardığı uğurlu siyasətin dəstəkçisi, tərəfdaşı kimi çıxış edir. Beləliklə, Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coğrafiyası genişlənməkdədir.
Qlobal anlam daşıyan siyasi gündəm...
Azərbaycanın bu cür xüsusi anlam daşımasının arxasında isə arqumentlər və faktlar dayanır. 2020-ci ildən başlayaraq formalaşan yeni dünya düzəni özündə əsas etibarı ilə iqtisadi şəkilləndirməni ehtiva etməkdədir - yeni dünya “yol strategiyası”na əsaslanaraq özünün ticari doktrinasını formalaşdırır. Azərbaycan bu gün ən əhəmiyyətli qovşaqlardan biri kimi Avrasiyanın mərkəzində birləşdirici funksionallıq daşıyır. Orta Dəhliz vasitəsilə Qərbi Şərqə bağlayan, Mərkəzi Asiya ilə Kiçik Asiyanı qovuşduran, oradan isə Avropa məkanına inteqrasiyanı reallaşdıran Azərbaycan böyük bir anlamda ticari körpüyə çevrilib. İstər enerji, istərsə də digər sahələrin inkişafı üçün əsas meyara çevrilmiş Azərbaycan öz üstünlüklərini məharətlə iqtisadi dividendə çevirir - dünyanın bizimlə birgə olmasının ən əsas amili isə odur ki, biz bu dividendi lokal deyil, qlobal müstəvidə dəyərləndiririrk. Başqa sözlə, Azərbaycanın yaratdığı bu mənzərədən bütün dünya iqtisadi - ticari baxımdan bəhrələnir. Qeyd olunduğu kimi, müəyyənləşdirilən və həyata keçirilən xarici siyasət kursu özündə qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı birləşdirməklə yanaşı, yeni layihələrin formalaşdırılmasını və təbliğini də ehtiva edir. Yaranan mənzərənin əsasında dayanan faktorları qruplaşdırmağa çalışsaq:
- Tranzit xarakterli mühüm bir regionda təhlükəsizlik amilinin yaradılması;
- İqtisadi münasibətlərdə yalnız şəffaflığa və dürüstlüyə, dostluğa əsaslanan tezislərin ortaya qoyulması;
- Coğrafi imkanların yaxın-uzaq tərəfdaşlar üçün səmərəli istifadə halına gətirilməsi;
- İstər ənənəvi, istərsə də yeni enerji mühitində etimadlı tərəfdaş kimi özünü sübut etməsi;
- Fərqli sivilizasiyaların birgə əməkdaşlıq planlarının formalaşdırılmasında yer alması kimi vacib ştrixlər önümüzə çıxacaq.
Bu bəndlər öz növbəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki hazırkı uğurlu yerini müəyyənləşdirir.
Böhranlara qarşı ümumi davranış kodeksi...
Qeyd edək ki, G20 və ya İyirmilik Qrup 19 ölkəni və Avropa İttifaqını (Aİ), eləcə də 2023-cü ildən Afrika İttifaqını birləşdirən hökumətlərarası forumdur. Ümumilikdə, G20 qlobal ticarətin 75 faizini və dünya əhalisinin üçdə ikisini əhatə edir. Qrupa ölkə olaraq Argentina, Avstraliya, Braziliya, Birləşmiş Krallıq, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Koreya Respublikası, Cənubi Afrika Respublikası və Yaponiya daxildir.
G20 1990-cı illərin sonlarında baş verən Asiya maliyyə böhranına və inkişaf etməkdə olan bazar iqtisadiyyatlarının qlobal iqtisadi müzakirələrdə iştirakının təmininə uyğun olaraq yaradılıb. 2008-ci ildən əvvəl qrup yüksək səviyyəli zirvə görüşləri keçirmirdi - onun əsas fəaliyyəti maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin illik görüşləri idi. Bu gün G20 zirvə görüşləri beynəlxalq maliyyə və iqtisadi sistemlə bağlı məsələlər üzrə əməkdaşlıq və məsləhətləşmələr üçün qlobal forum kimi xarakterizə olunur.
Qrupun təsis konfransı 15-16 dekabr 1999-cu il tarixlərində Berlində keçirilib. Qrup, inkişaf etməkdə olan ölkələrlə əsas iqtisadi və maliyyə siyasəti məsələləri üzrə dialoq aparmaq üçün 7 aparıcı sənaye ölkəsinin - Birləşmiş Krallıq, İtaliya, Kanada, ABŞ, Almaniya, Fransa və Yaponiyanın maliyyə nazirlərinin təşəbbüsü ilə yaradılıb.
G20 Antiböhran Zirvəsi 14-15 noyabr 2008-ci il tarixlərində Vaşinqtonda qlobal maliyyə böhranı ilə bağlı məsələləri müzakirə etmək üçün keçirilib.
2009-cu il sammitində G20 özünü beynəlxalq iqtisadi və maliyyə əməkdaşlığının əsas məkanı elan etdi. Qrupun nüfuzu sonrakı onillikdə yüksəldi və o analitiklər tərəfindən əhəmiyyətli qlobal təsirə malik kimi güc kimi tanınır. Siyasi mütəxəssislər G20-ni İkinci Dünya müharibəsindən sonrakı iqtisadi siyasətin beynəlxalq koordinasiyasına yönəlmiş sonuncu təşəbbüs kimi xarakterizə edir. G20-nin əsas diqqət yetirdiyi məqam qlobal iqtisadiyyatın idarə olunmasıdır. Sammitin mövzuları ildən-ilə dəyişir. 2008-ci ildə Vaşinqtonda keçirilən debüt sammitindən 2011-ci il sammitinə qədər görüşlər ildə iki dəfə keçirilib.
Azərbaycanın G20-də iştirakı - yeni nizamda yüksələn mövqe
Azərbaycanın G20 kimi qlobal iqtisadi və siyasi çəkisi yüksək olan platformada iştirakı ölkənin beynəlxalq münasibətlər sistemində qazandığı yeni mövqenin mühüm göstəricilərindən biridir. Bu, yalnız Bakının qlobal iqtisadi gündəmdə daha fəal görünməsi deyil, həm də Azərbaycanın artıq regional çərçivələri aşan orta güc aktoru kimi qəbul edilməsinin göstəricisidir.
Azərbaycan üçün G20 platforması iqtisadiyyatın diversifikasiyası, investisiyaların cəlbi, enerji və nəqliyyat layihələrinin təşviqi baxımından yeni imkanlar yaradır. Bakı burada Orta Dəhliz, Zəngəzur dəhlizi, enerji təhlükəsizliyi, yaşıl enerji və rəqəmsal transformasiya kimi təşəbbüslərini dünyanın aparıcı iqtisadiyyatlarının diqqətinə çıxara bilər. Bu isə Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır.
G20 üçün Azərbaycanın iştirakı da təsadüfi deyil. Azərbaycan Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının üzərində yerləşir, enerji təhlükəsizliyində mühüm rol oynayır və Cənubi Qafqazın yeni iqtisadi konfiqurasiyasının formalaşmasında əsas aktorlardan biridir. Bakı ilə əməkdaşlıq G20 ölkələrinə Avrasiya məkanında yeni logistika və enerji imkanlarından istifadə etmək üçün əlavə perspektivlər açır.
Daha geniş mənada, Azərbaycanın G20 gündəminə yaxınlaşması yeni dünya nizamında orta güclərin rolunun artmasının da nümunəsidir. Bakı böyük güclər arasında seçim etmək əvəzinə müxtəlif güc mərkəzləri ilə paralel və praqmatik əməkdaşlıq quraraq öz milli maraqlarını təmin edir. Bu baxımdan G20 Azərbaycanın diplomatik çəkisinin, geosiyasi manevr imkanlarının və qlobal qərarvermə proseslərinə təsir potensialının artdığını göstərən mühüm platformadır.
Bakının fəal beynəlxalq rolu...
Ümumiyyətlə, Azərbaycan hər zaman təmsil olunduğu və ya dəvət edildiyi siyasi təşkilatlarda, iqtisadi birliklərdə fəallığı ilə seçilir. Son 20 illik yolda BMT TŞ-ya sədrlik, Qoşulmama Hərəkatına rəhbərlik kimi çətin və məsuliyyətli vəzifələrin öhdəsindən gələn rəsmi Bakı özünün ədalətə əsaslanan, beynəlxalq hüquqa söykənən mövqeyi ilə şöhrət qazanıb. Qlobal pandemiya dövründə davranışları, kolonializmdən əziyyət çəkən ölkələrə yardımları, qlobal iqlim dəyişikliyindən əziyyət çəkən dövlətlərin hüquqlarının müdafiəsi kimi mühüm fəaliyyət spektrləri Azərbaycanın beynəlxalq aləmdəki yerini müəyyənləşdirib. Bu, Bakının əhəmiyyətini, əməkdaşlıq üçün tam etimad edilən dövlət kimi qəbul olunduğunu göstərir. Müasir çağırışlar çoxtərəfliliyi təbliğ edir - xüsusilə, ticari-iqtisadi münasibətlərin diversifikasiya edilməsi ölkələrarası əlaqələrə rəngarənglik qatır. Azərbaycanın bütün qlobal mühit üçün alternativ enerji və nəqliyyat marşrutu kimi strateji əhəmiyyətinin artması faktaloji haldır. Paralel olaraq təhlükəsizlik amili yeni dövrün əsas komponentlərindən biri kimi çıxış edir. Azərbaycanın siyasi praqmatizmə əsaslanan mövqeyi və regional sülh təşəbbüsləri iştirakçı ölkələr tərəfindən bütün mənalarda təqdir edilir. Bu isə Azərbaycanın regionda sülh və inkişafın əsas mənbəyi olmasını daha da qətiləşdirir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55

