/ / Beynəlxalq Gənclər Günü münasibətilə "Heydər Əliyev ideyalarının gənclərin həyatında rolu" mövzusunda tədbir keçirilib
Beynəlxalq Gənclər Günü münasibətilə "Heydər Əliyev ideyalarının gənclərin həyatında rolu" mövzusunda tədbir keçirilib
13.08.2026 [11:08]
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının qərargahında 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə "Heydər Əliyev ideyalarının gənclərin həyatında rolu" mövzusunda tədbir keçirilib. Tədbir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Görüşü giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev əlamətdar gün münasibətilə gəncləri səmimi-qəlbdən təbrik edib. O, çıxışında müasir müstəqil Azərbaycanın gənclər siyasətinin banisinin məhz Ulu Öndər Heydər Əliyev olduğunu vurğulayıb və bu siyasi kursun bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Dövlətin gənclərə göstərdiyi diqqət və qayğı hər sahədə – gənclərin ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakında, onların ideya və təşəbbüslərinin dəstəklənməsində açıq şəkildə özünü göstərir. O, dövlət proqramları çərçivəsində gənclərin xaricdə təhsil almasının, müasir peşələrə yiyələnməsinin və hərtərəfli inkişafı üçün yaradılan geniş imkanların məhz bu siyasətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Həmçinin gənclərin müasir biliklərə yiyələnməklə yanaşı, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hər zaman sıx bağlı olmasının vacibliyini qeyd edib.
Tədbirin davamında Xaçmaz Gənclər və İdman sektorunun müdiri Elman Məmmədov, eləcə də fəal gənclər Sahilə Məmmədova, Elmir Şeydayev, Jalə Əliyeva və Firəngiz Musayeva çıxış edərək rayon gənclərinin ictimai-siyasi həyatdakı fəallığından, gənclərə göstərilən dövlət qayğısından danışıb, göstərilən etimada görə minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub. Partiya sədri yeni üzvləri və bütün gəncləri bir daha təbrik edərək onlara uğurlar arzulayıb, gələcək fəaliyyətlərində hər zaman təşkilatla çiyin-çiyinə çalışacaqlarına və ölkəmizin inkişafı naminə əzmlə addımlayacaqlarına əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26

