Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Naxçıvanın inkişafına yeni dinamika verən səfər

Naxçıvanın inkişafına yeni dinamika verən səfər

14.08.2026 [16:13]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 avqust 2026-
cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan
Televiziyasına müsahibə verib. Müsahibədə Naxçıvanın hazırkı inkişafı,
təhlükəsizliyi, iqtisadi potensialı, enerji təminatı, nəqliyyat infrastrukturu, turizm
imkanları və gələcək perspektivləri ilə bağlı mühüm məsələlərə toxunulub.
Cənab Prezident qeyd edib ki, Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi
daim diqqət mərkəzində olub. Muxtar respublikanın coğrafi xüsusiyyətləri nəzərə
alınaraq onun müdafiə potensialının gücləndirilməsi istiqamətində mühüm
addımlar atılıb. Əlahiddə Ordunun yaradılması, müasir hərbi texnika ilə təchizat və
yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın müdafiə imkanlarının
daha da artırılmasına xidmət edir. Dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin
bölgədə söz sahibi olduğunu və Naxçıvanın hərbi potensialının bundan sonra da
gücləndiriləcəyini bildirib.
Müsahibədə Naxçıvanın iqtisadi inkişafı məsələsinə də xüsusi diqqət
yetirilib. Möhtərəm Prezident Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasını
mühüm hadisə kimi qiymətləndirib. Sənaye Parkının yaradılması yeni istehsal
müəssisələrinin fəaliyyətə başlamasına, investisiyaların cəlb edilməsinə və yeni iş
yerlərinin açılmasına imkan yaradacaq. Parkın tərkibində 300 meqavat gücündə
istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması isə Naxçıvanın enerji
təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçısı Naxçıvanın enerji potensialının gələcəkdə yalnız daxili
tələbatın ödənilməsi ilə məhdudlaşmayacağını, enerji ixracı imkanlarının da
yaranacağını vurğulayıb.
Sosial məsələlər də müsahibədə xüsusi yer tutub. Naxçıvan şəhərində
nəqliyyat problemlərinin həlli, yeni elektrik avtobuslarının istifadəyə verilməsi,
kənd yollarının yenilənməsi və sosial infrastrukturun yaxşılaşdırılması ilə bağlı
planlar açıqlanıb. Təxminən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolun
tikintisi və əsaslı təmiri nəzərdə tutulur. Bu layihələrin 26 yaşayış məntəqəsində
yaşayan insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edəcəyi bildirilib.
Ölkə başcısı Naxçıvanın turizm potensialının da böyük olduğunu vurğulayıb.
Muxtar respublikanın zəngin tarixi-mədəni irsi, təbiəti və əlverişli turizm imkanları
bu sahənin inkişafı üçün geniş perspektivlər yaradır. Bu məqsədlə yeni beşulduzlu
mehmanxananın təməlinin qoyulması da mühüm addımlardan biri kimi qeyd
olunub.
Ümumilikdə, Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan
Televiziyasına müsahibəsi Naxçıvanın gələcək inkişaf istiqamətlərinə dair mühüm
mesajlarla zəngin olub. Müsahibədə təhlükəsizliyin möhkəmləndirilməsi,
sənayeləşmə, enerji müstəqilliyi, nəqliyyat imkanlarının genişləndirilməsi, sosial
rifahın yüksəldilməsi və turizmin inkişafı vahid strategiyanın tərkib hissəsi kimi
təqdim edilib. Bu yanaşma Naxçıvanın ölkəmizin nəqliyyat və strateji
imkanlarından daha səmərəli istifadə edən, müasir və inkişaf etmiş bir regiona
çevrilməsinə hesablanıb.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31