Xocalı faciəsi insanlığa qarşı cinayətdir
26.02.2014 [09:48]
YAP Gənclər Birliyinin ofisində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar “dəyirmi masa” keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar “dəyirmi masa” keçirilib. YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə qarşı yönəlib. Onun sözlərinə görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən mühasirədə saxlanılmış Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə hücuma məruz qalıb, şəhər dağıdılıb, insanlar gülləbaran edilib, qocalara, qadınlara, uşaqlara aman verilməyib. “O qanlı gecədə 613 nəfər öldürülüb. Onların arasında 63 uşaq, 106 qadın olub. Şəhidlərin 56 nəfəri xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib. Hər il olduğu kimi, bu il də Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən, dünyanın bir çox ölkəsində soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilir, soyqırımı qurbanlarının xatirəsi yad edilir, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi bu dəhşətli soyqırımı barədə dünya ictimaiyyətinə dolğun məlumatlar verilir” - deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.
“Dəyirmi masa”da çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, gənclərimiz tariximizi dərindən öyrənməlidirlər. Bu mənada belə tədbirlərin əhəmiyyətli olduğunu deyən B.Sadıqovun sözlərinə görə, xalqımızın tarixi və tariximizdəki faciəvi hadisələr heç zaman unudulmamalı, gələcək nəsillərə çatdırılmalıdır. Xocalı soyqırımının başvermə səbəblərindən danışan millət vəkili qeyd edib ki, Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək üçün hər zaman fürsət gözləyib: “Ulu öndər Heydər Əliyev keçmiş SSRİ rəhbərliyindən istefa verdikdən sonra ermənilər fəallaşmağa başladılar. Erməni akademik Aqambekyan Parisdə çıxış edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Sovet rəhbərliyinin razılığının alındığını bildirmişdi. Bundan sonra ermənilər Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları irəli sürməyə başladılar. Bu zamandan etibarən ermənilərin azərbaycanlılara qarşı qətliamları başladı”.
B.Sadıqov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin misli görünməmiş qəddarlıqla öldürülməsi bu faciələrin ən dəhşətlisi oldu: “Erməni hərbi birləşmələri 366-cı motoatıcı rus alayının köməyi ilə qadınlara, uşaqlara, qocalara aman vermədən onları xüsusi vəhşiliklə qətlə yetirdi, hərb tarixində analoqu olmayan işgəncə ilə öldürdü, təhqirlərə məruz qoydular. Öz amansızlığına, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaq. Əlbəttə ki, ermənilərin siyasətinin kökündə tarix boyu həyata keçirmək istədikləri məqsədlər dayanırdı. Məlum olduğu kimi, “Böyük Ermənistan” “xülyasına düşən ermənilər bu məqsədlə zaman-zaman türklərə və azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürüblər. Ötən əsrin sonlarında da ərazi iddiası ilə öz havadarlarının - işğalçı Sovet ordusunun köməyi ilə böyük işgəncələrlə azərbaycanlıları öz tarixi yurdlarından qovan ermənilər cəzasız qaldıqlarını görüb daha da vəhşiləşərək Xocalı soyqırımını törətməklə xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, xalqımızın işğal faktı ilə barışmasına nail olmaq istəyirdilər”.
Millət vəkili deyib ki, xalqımız erməni cəlladlarının Xocalıda törətdikləri soyqırımının ildönümü ilə əlaqədar hər il geniş miqyasda - həm ölkə daxilində, həm də xaricdə tədbirlər keçirir. Onun sözlərinə görə, dövlətimiz, diaspor təşkilatlarımız Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylə çalışır: “Bu istiqamətdə, həmçinin, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti və Fondun vitse-prezidenti, Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası xüsusi qeyd edilməlidir”.
Daha sonra millət vəkili Bəxtiyar Sadıqov gəncləri maraqlandıran sualları cavablandırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

