/ / “Yay məktəbi” layihəsi gənclərin ictimai-siyasi fəallığının və intellektual potensialının artırılması üçün xüsusi əhəmiyyət kəsb edir
“Yay məktəbi” layihəsi gənclərin ictimai-siyasi fəallığının və intellektual potensialının artırılması üçün xüsusi əhəmiyyət kəsb edir
19.07.2014 [11:11]
Oğuz rayonunda YAP Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin II turu başa çatıb
Oğuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin II turu başa çatıb. İyulun 17-də bağlanış mərasimi keçirilib, ziyafət və istedad gecəsi təşkil edilib.
Mərasimdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Oğuz II tur qrupunun rəhbəri Hikmət Babaoğlu “Yay məktəbi” layihəsinin əhəmiyyətinə toxunaraq onun gənclərin inkişafına xidmət etdiyini bildirib. Diqqətə çatdırılıb ki, “Yay məktəbləri” gənc fəallar üçün həm təcrübə, həm də bilik mənbəyidir. Yeni Azərbaycan Partiyasının gənclərə xüsusi diqqət və qayğı göstərdiyini bildirən baş redaktor əlavə edib ki, gənclərin fəaliyyəti üçün bu gün cəmiyyətimizdə bütün imkanlar var və hər bir gənc özünün yaradıcı potensialından səmərəli istifadə edə bilir.
Daha sonra çıxış edənlər dövlət gənclər siyasəti, gənclərə olan diqqət və qayğıdan bəhs edərək Yeni Azərbaycan Partiyasının gənclərin böyük hamisi olduğunu vurğulayıblar. “Yay məktəbi”nin işi yüksək qiymətləndirilib və səmərəli nəticələrin əldə olunduğu bildirilib.
Qeyd edilib ki, bu gün cəmiyyətimizdə gənclərin fəallığı olduqca yüksək səviyyədədir və onlar milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşiblər. Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi gənclər siyasəti sayəsində gənclərin potensialından səmərəli istifadə edilməkdədir.
Sonra tur çərçivəsində formalaşdırılmış 4 komandanın üzvləri öz istedadlarını nümayiş etdirərək fərqli musiqi nömrələri ilə çıxış ediblər, həmçinin, aktual mövzu və məsələlərə həsr olunmuş müxtəlif səhnəciklər təşkil olunub.
Eyni zamanda, “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsi Oğuz II turunun fəal gəncləri “Təşəkkürnamə” ilə mükafatlandırılıblar. Həmçinin, “Afra Hotel” MMC rəhbərliyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin Oğuz II tur qrupuna nümunəvi davranışlarına görə “Təşəkkürnamə” təqdim edib.
Qeyd edək ki, 5 günlük “Yay məktəbi” çərçivəsində gənclər ümumilikdə elmi-nəzəri və praktik nöqteyi-nəzərdən aktuallıq kəsb edən məsələlərə dair diskussiyalar təşkil ediblər. “Ulu öndər Heydər Əliyev müxtəlif siyasi-ideoloji dövrlərdə Azərbaycanda milli dövlət quruculuğunu təmin edən böyük dövlət xadimidir”, “İKT və informasiya təhlükəsizliyi”, “Dünyanın müasir siyasi xəritəsində dövlətlərarası ziddiyyətlər”, “Bədən dili” mövzularında seminar və təlim-treninqlər keçirilib, qarşılıqlı fikir mübadilələri aparılıb. Bununla yanaşı, müxtəlif interaktiv oyunlar və idman yarışları təşkil edilib.
Ümumilikdə, “Yay məktəbi”ndə iştirak edən gənclər məktəbin işini, təşkil olunma səviyyəsini, aparılan diskussiyaları və turun nəticələrini yüksək qiymətləndiriblər. Belə bir qənaət ifadə olunub ki, YAP Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” mühüm diskussiya platformasıdır. Bu cür layihələr hər zaman öz səmərəli nəticələri ilə yadda qalıb. “Yay məktəbi” gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, intellektual potensialının artırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, gənclər ictimai-siyasi və sosial-mədəni proseslərdə fəal təmsil olunurlar.
Sözügedən layihənin iştirakçısı olan gənclər onlara göstərilən xüsusi diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasına xüsusi minnətdarlıq ediblər.
NURLAN
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

