Gəncədə YAP Qadınlar Şurasının zona müşavirəsi keçirilib
09.10.2014 [09:59]
Dünən Gəncədə Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının Qərb regionu üzrə zona müşavirəsi keçirilib. Müşavirədə YAP-ın Gəncə şəhəri də daxil olmaqla ətraf 10 rayon üzrə yerli təşkilatlarından olan nümayəndələr iştirak ediblər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, müşavirədə YAP Qadınlar Şurasınını sədri Nurlana Əliyeva, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı və digər rəsmi şəxslər də iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev partiyada qadınların rolundan danışıb, onların siyasi fəaliyyətinə nəzər salıb. O bildirib ki, respublikanın hər yerində olduğu kimi partiyanın Gəncə şəhər təşkilatında da qadınlar xüsusi yer tutur və onlar ictimai-siyasi işlərdə, dövlətçiliyimizin inkişafı istiqamətində aktiv fəaliyyət göstərirlər.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva partiyada qadınların tutduğu mövqedən söz açıb. Qeyd edib ki, ölkəmizin bu günü və gələcəyi naminə partiya tərəfindən verilən qərarlarda fəal qadınların tövsiyə və təklifləri nəzərə alınır və onların həyata keçirilməsi təmin edilir.
Ümumiyyətlə, müşavirədə cəmiyyətdə qadınların fəallığının artırılması, qadın hüquqlarının qorunması, erkən nigah və bu kimi sosial problemlər müzakirə olunub. Əsas məsələlərdən biri kimi ölkədə qızların erkən nigaha daxil olmasından geniş söz açılıb. Bildirilib ki, bu promlemin həlli istiqamətində əsaslı işlər görülməlidir. Bu işdə anaların üzərinə böyük yük düşür.
Müşavirədə, həmçinin, qarşıdan gələn bələdiyyə seçkilərində qadınların iştirakının artırılması da əsas mövzulardan biri olub.
Sonda bildirilib ki, belə müşavirələrin təşkili regionda qadin problemlərinin həlli, onların hüquqlarının qorunması və cəmiyyətə aktiv inteqrasiyası baxımından mühüm rol oynayacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

