YAP Nəsimi rayon təşkilatı “Əbədiyaşar Lider” adlı anım tədbiri keçirib
10.12.2014 [10:08]
Məlahət İbrahimqızı: Ulu öndər Heydər Əliyev dünyanın çox nadir şəxsiyyətlərindəndir ki, iki siyasi sistemin zirvəsini fəth edə bilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində Ümummilli liderimiz Heydər Əliyevin anım gününə həsr olunan “Əbədiyaşar Lider” adlı tədbir keçirilib. Öncə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin üzvü Məlahət İbrahimqızı və qonaqlar Ulu öndər Heydər Əliyevin Universitetin foyesindəki büstünün önünə tər çiçəklər düzüb, Onun xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir Universitetin akt zalında davam etdirilib.
“Əbədiyaşar Lider” adlı film-kompozisiyanın nümayişindən sonra tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib ki, Ulu öndər Heydər Əliyev mənalı ömrünü Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, inkişafına, ölkəmizdə təhsilin zənginləşdirilməsinə, gənclərin fiziki və mənəvi tərbiyəsinə həsr edib. “Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, iradəsi sayəsində Azərbaycan 1993-cü ildə vətəndaş müharibəsi təhlükəsindən xilas ola bildi. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Azərbaycan xalqı hər zaman Ulu öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edəcək”.
M.İbrahimqızı, daha sonra, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin qətiyyəti və məqsədyönlü fəaliyyəti sayəsində cəbhədə atəşkəsə nail olunduğunu, Azərbaycanın inkişaf yoluna qədəm qoyduğunu bildirib. O qeyd edib ki, Ulu öndərin Qərb dövlətlərinin aparıcı neft şirkətləri ilə apardığı uğurlu danışıqlar nəticəsində “Əsrin müqaviləsi”nin imzlanması ölkə iqtisadiyyatının inkişafına təkan verib.
“Bu gün Ümummilli lideri anarkən, mübaliğəsiz demək olar ki, Heydər Əliyev dünyanın çox nadir şəxsiyyətlərindən, siyasətçilərindəndir ki, iki sistemin zirvəsini fəth edə bilib. Bu gün XX əsrin böyük şəxsiyyətləri - istər Ruzvelt və Çörçil, istərsə də Atatürk və s. olsun,- haqda çox danışırlar. Lakin bu şəxsiyyətlər yalnız bir siyasi sistemdə yaşayıblar. Ulu öndərimiz isə iki - həm sosialist sisteminin, həm də demokratik sistemin zirvəsinədək yüksələ bilib. Heydər Əliyevin Sovet dönəmində xalqımız qarşısında bütün xidmətlərini kənara qoyub, Azərbaycan dilini yaşatması, ana dilimizi dövlət dili səviyyəsinədək yüksəltməsini qeyd etmək kifayətdir ki, Onun dahiliyinə şahid ola bilək. O dövrdə ittifaqa daxil olan çox az respublika var idi ki, ana dili dövlət dili olsun. Ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, israrı sayəsində Azərbaycan dili dövlət dili səviyyəsinədək yüksələ bildi. Və bunun nəticəsində Azərbaycan xalqının milli məfkurəsi, milli düşüncəsi və təfəkkürü formalaşdı. Odur ki, Heydər Əliyevlə fəxr etmək, bir azərbaycanlı kimi, bizim haqqımızdır”, - deyə natiq vurğulayıb.
Çıxışında, həmçinin, Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən M.İbrahimqızı, bu gün ölkəmizin dünyada söz sahibi olan ölkələrdən birinə çevrildiyini, beynəlxalq təşkilatların Azərbaycanla hesablaşdıqlarını bildirib. Bunun bariz nümunəsi kimi, Azərbaycanın 155 ölkənin dəstəyini almaqla BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini, iki il müddətində dünyanın ali siyasi təşkilatına sədrlik etməsini nümunə göstərib.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının Şura üzvü, Azərbaycan Tibb Universitetinin Terapevtik korpusunun direktoru Surxay Musayev, gənc fəal Nərgiz Məmmədova və başqaları Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Azərbaycan xalqı hər zaman Ulu öndərimizi rəğbətlə anacaq, Onun xatirəsini daim uca tutacaq.
Tədbirin sonunda Ulu öndərə həsr olunmuş “Elegiya” film-kompozisiya nümayiş olunub.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

