Naqif Həmzəyev: Gənclər xoşbəxt gələcəklərinin təminatını Yeni Azərbaycan Partiyasında görürlər
05.02.2015 [10:15]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının Gənclər Birliyi 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirib. Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, şəhərin ictimai-siyasi həyatında fəallıq göstərən gənclər iştirak ediblər.
YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bayram münasibəti ilə gəncləri təbrik edib. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə qayğı xüsusi yer tutur və Gənclər Gününün təsis edilməsi bunun parlaq nümunəsidir. Ölkə Prezidenti İlham Əliyevin gənclərə hərtərəfli qayğısı sayəsində gənclərin yüksək təhsili, ictimai-siyasi fəallığı, dövlət quruculuğu işində yaxından iştirakı üçün hər bir şərait yaradılıb. O deyib ki, bu gün gənclər xoşbəxt gələcəklərinin təminatını Yeni Azərbaycan Partiyasında görürlər: “YAP Gəncə şəhər təşkilatının 33 minlik üzvünün 58 faizini gənclər təşkil edir ki, bu da çox böyük uğurdur. YAP Gəncə şəhər təşkilatının ərtafında Vətənini, dövlətini sevən, müasir düşüncəli, yüksək intellektli gənclər birləşib”.
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev 2014-cü ildə görülən işlər barədə məlumat verərək vurğulayıb ki, ötən il ərzində Gənclər Birliyi 25 müxtəlif səpgili tədbirlər, 8 aksiya, 16 təlim, 13 seminar təlim keçirib. 21 layihə reallaşıb. Əlamətdar günlərlə bağlı 5 sosial videoçarx çəkilib. İsti yay günlərində pulsuz su aksiyası təşkil edilib. Təlim-Resurs Mərkəzində 6 müxtəlif pulsuz kurs təşkil edilib və davam edir. “Xocalıya 1 kilometr” adlı film çəkilib. Həmçinin, Gənclər Birliyinin nəzdində kinoklub fəaliyyət göstərir. Hər həftənin şənbə günləri gənclər kinoklubda arzu etdikləri filmlərə baxmaq imkanı əldə edirlər.
Sonda şəhərin ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup gənc fəxri fərmanlarla təltif edilib.
Tədbir Uşaq Yaradıcılıq Mərkəzinin “Qönçə” rəqs ansamblının, istedadlı gənclərin musiqi ifaları ilə davam edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

