YAP Zaqatala rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
06.03.2015 [10:01]
Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. Konfransda Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov, YAP Zaqatala rayon təşkilatı Gənclər Birliyinin Şura və İdarə Heyətinin üzvləri, ərazi ilk partiya təşkilatlarından seçilmiş nümayəndələr, partiya fəalları iştirak ediblər. Konfrans iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra öz işinə başlayan konfransda çıxış edən YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən danışıb. Natiq 1992-ci ildə Azərbaycan xalqının xilaskarı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının şərəfli və çətin yol keçdiyini, ölkənin ictimai-siyasi həyatında hər zaman fəal rol oynadığını bildirib: “Bu gün Azərbaycan gəncliyi müxtəlif sahələrdə, o cümlədən idarəetmədə aktivlik nümayiş etdirir. Öz növbəsində, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət göstərir”.
Hesabat məruzəsi ilə çıxış edən YAP Zaqatala rayon təşkilatı Gənclər Birliyinin sədri Ramin Həsənov hesabat dövründə rayonda gənclərin davamlı inkişafı üçün görülən işlərdən, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün YAP Zaqatala rayon təşkilatının həyata keçirdiyi tədbirlərdən söz açıb. Vurğulanıb ki, YAP Zaqatala rayon təşkilatının üzvü olan gənclər ölkəmizin ictimai-siyasi proseslərində fəallıq göstərirlər. Bunun nəticəsidir ki, YAP Zaqatala rayon təşkilatı Gənclər Birliyinin üzvləri ötən ilin sonunda keçirilən bələdiyyə seçkilərində uğurla iştirak ediblər.
Hesabat məruzəsi ətrafında çıxış edən rayon Gənclər və İdman idarəsinin rəisi Araz Əliyev, Humanitar Fənlər Gimnaziyasının müəllimi İranə Əlizadə, Zərifə Əliyeva adına liseyin müəlliməsi Aytən Məmmədova ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb, hesabat məruzəsini qənaətbəxş sayıblar.
Daha sonra təşkilati məsələlərə baxılıb. Ramin Həsənov yenidən YAP Zaqatala rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Bundan başqa, YAP Zaqatala rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyətinin üzvləri və sədr müavinləri seçiliblər.
Tədbirdə çıxış edən millət vəkili Kamilə Əliyeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə respublikada gənclərə göstərilən qayğıdan danışıblar. Vurğulanıb ki, dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin, ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu zəruri edib və bununla əlaqədar Prezident İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması Azərbaycan gəncliyinin gələcək uğurlarının təməli sayıla bilər. Qeyd edilib ki, demokratiya yolunda inamla addımlayan, dinamik inkişafa və əsaslı ictimai-siyasi sabitliyə malik olan, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınan Azərbaycanda gənc nəslin inkişafı hər zaman prioritet sayılıb.
Daha sonra konfransın qətnaməsi və konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

