Yeni Azərbaycan Partiyası bütün sahələrdə gənclərə dəstək verir
19.03.2015 [10:24]
YAP Nəsimi rayon təşkilatı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Nəsimi rayon Məşğulluq Mərkəzinin birgə təşəbbüsü ilə “Gənclər üçün əmək yarmarkası” təşkil olunub
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Nəsimi rayon Məşğulluq Mərkəzinin birgə təşəbbüsü ilə “Nizami” Kino Mərkəzində “Gənclər üçün əmək yarmarkası” təşkil olunub.
Yarmarkanın təşkil olunmasında başlıca məqsəd gənclər arasında məşğulluq probleminin aradan qaldırılmasında Prezident İlham Əliyev tərəfindən imzalanan “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na dəstək olmaqdır. Əmək yarmarkasında gənclərin bütün sosial təbəqələrini əhatə edən və müxtəlif ixtisas, peşələrə aid yüzlərlə vakant iş yerləri təqdim olunub.
Yarmarkanın açılışında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu tədbirin əhəmiyyətli olduğunu bildirib. M.İbrahimqızı qeyd edib ki, bu gün Azərbaycanda mükəmməl dövlət gənclər siyasəti həyata keçirilir: “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı Sərəncamla təsdiq olunan “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” bunun bariz nümunəsidir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Gənclərin təhsil imkanları genişləndirilib, yaradıcı, istedadlı və idmançı gənclərə böyük qayğı göstərilir. Prezident İlham Əliyev deyib ki, gənclər mənim ən yaxın dostumdur. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir”.
M.İbrahimqızı qeyd edib ki, yarmarkanın təşkil olunmasında məqsəd Azərbaycanda gənclər siyasəti ilə bağlı görülən işləri, yaranmış imkanları təbliğ etməkdir. Onun sözlərinə görə, gənclərin sosial problemlərinin həlli, məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir: “Bu yarmarkada sosial həyatın tələblərinə uyğun olan, yüksək əməkhaqqı təklif edən iş yerləri var. Gənclər qabiliyyətlərinə, savadlarına uyğun iş seçməlidir. Burada 50-ə yaxın böyük şirkət, bank və digər müəssisələr 500-ə qədər vakansiya təklif edirlər. Gənclər də yarmarkada fəal iştirak edirlər. İnanıram ki, gənclər öz bilik və bacarıqlarına uyğun iş yerləri tapacaqlar”.
M.İbrahimqızı qeyd edib ki, Yeni Azərbayan Partiyası da gənclərin inkişafına diqqətlə yanaşır. YAP üzvlərinin 40 faizindən çoxunun gənclər olduğunu deyən təşkilat sədrinin sözlərinə görə, partiyamız bütün sahələrdə gənclərə dəstək verir.
Tədbirdə, həmçinin, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxış edərək əmək yarmarkasının əhəmiyyətini vurğulayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

