/ / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "Dünyanın hər yerindən görünən Zirvə" adlı konfrans keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "Dünyanın hər yerindən görünən Zirvə" adlı konfrans keçirilib
05.05.2015 [14:53]
Mayın 4-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi və Şuşa rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı ilə birlikdə "Dünyanın hər yerindən görünən Zirvə" adlı konfrans keçirib.
Konfransı giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov "Vətən, Xalq üçün yaşanan ömür" mövzusunda çıxış edərək qeyd edib ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli və müdrik şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Heydər Əliyev bəşər tarixinin nadir şəxsiyyətlərindəndir ki, Onun Özündən sonra qoyub getdiyi ideyaları nəinki doğma məmləkətimiz üçün, o cümlədən, dünya ölkələri üçün də böyük əhəmiyyət kəsb edir.
Bayram Səfərov daha sonra qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün mərhələlərində Öz xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, Özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma vətənini düşünmüş, onun inkişafı üçün əzmlə çalışmış və üzləşdiyi çətinliklərdən xilas etmək üçün fədakarlıq göstərmişdir.
Daha sonra YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev "Dünyanın hər yerindən görünən Zirvə", YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva "Ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısıdır", Gənclər Birliyinin sədri Yapon Hacıyev "Ulu öndərin gənclər siyasəti" mövzularında çıxış ediblər.
Məruzələr ətrafında Millət vəkili Elman Məmmədov, YAP Şuşa rayon təşkilatının İdarə Heyətinin üzvü Ramiq Məhərrəmov, Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının dosenti, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov ətraflı çıxış ediblər.
Tədbirdə YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub, Ulu öndərin anadan olmasının ildönümü münasibətilə keçirilmiş futbol, şahmat, güllə atıcılığı yarışlarının qalibləri, eyni zamanda, inşa müsabiqəsinin respublika mərhələsinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

