Yeni Azərbaycan Partiyası bu seçkiləri də qələbə ilə başa vuracaq
19.08.2015 [09:55]
Aydın Hüseynov: YAP Qaradağ rayon təşkilatının Seçki Qərargahı öz işini YAP Mərkəzi Aparatının tərtib etdiyi plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun şəkildə qurur
Məlum olduğu kimi, noyabrın 1-də Azərbaycan Milli Məclisinə növbəti seçkilər keçiriləcək. Bu günə qədər keçirilmiş bütün seçkilərdə seçicilərin mütləq əksəriyyətinin dəstəyini qazanaraq parlaq qələbələr əldə edən Yeni Azərbaycan Partiyasının (YAP) bu seçkiləri də yüksək nailiyyətlərlə başa vuracağını indidən söyləmək mümkündür. Bununla belə, Yeni Azərbaycan Partiyası digər seçkilərdə olduğu kimi, Milli Məclisə keçiriləcək seçkilərdə də yüksək səviyyədə kampaniya həyata keçirmək əzmindədir. Artıq partiyanın Mərkəzi Seçki Qərargahı və onun rayon-şəhər şöbələri yaradılıb, seçki qərargahları öz işlərini uğurla həyata keçirməkdədirlər.
YAP Qaradağ rayon təşkilatının və parlament seçkiləri ilə əlaqədar təşkilatda yaradılmış Seçki Qərargahının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov qəzetimizə açıqlamasında vurğulayıb ki, artıq parlament seçkiləri ilə əlaqədar rayon təşkilatının Aparatında 17 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Qərargahın iclasında isə üzvlər arasında vəzifə bölgüsü aparılıb, qarşıdakı dövrdə görüləcək işlər müəyyənləşdirilib. Seçki Qərargahının öz işini YAP Mərkəzi Aparatının tərtib etdiyi plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun şəkildə qurduğunu deyən A.Hüseynov əlavə edib ki, rayon təşkilatı Seçki Qərargahında fəaliyyət göstərəcək qərargah üzvləri və seçki kampaniyasında iştirak edəcək YAP fəalları müəyyənləşdirilib.
Əlbəttə, ötən seçkilərin təcrübələrindən də çıxış edərək deyə bilərik ki, uğurlu seçki kampaniyasının həyata keçirilməsi üçün əsas işlərdən biri də rayon təşkilatı fəallarının işi və koordinasiyasının uğurlu təşkilidir. YAP Qaradağ rayon təşkilatı Seçki Qərargahında da bu məsələ daim diqqətdə saxlanılır.
Bundan başqa, qarşıdakı dövrlərdə müxtəlif seçki mərhələlərinin tələblərinə uyğun olaraq ardıcıl tədbirlərin görülməsi də nəzərdə tutulur. Bu mənada dairə və məntəqə seçki komissiyalarında Yeni Azərbaycan Partiyasını təmsil edən üzvlərin siyahısı hazırlanıb və onlara treninqlər keçirilməsi nəzərdə tutulur. Dairə və məntəqələrdə fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlər, eyni zamanda, müşahidə aparacaq şəxslər müəyyənləşdirilir.
Seçki kampaniyası dövründə rayon ərazisində təbliğat materiallarının asılması, yapışdırılması, yerləşdirilməsi və seçki məntəqələri ərazisinə çatdırılması, paylanması işinin aparılması üçün gənclərdən ibarət mobil qrup yaradılıb. Bu qrup isə təbliğat kampaniyasına rəsmi olaraq start verildikdən sonra fəaliyyətə başlayacaq.
Qeyd etmək yerinə düşər ki, Qaradağ rayonu ərazisində 2 seçki dairəsi və ümumilikdə 56 seçki məntəqəsi yerləşir. 11 saylı Qaradağ Seçki Dairəsi üzrə 43752, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə 25696 seçici qeydiyyatdadır. Rayon təşkilatı Seçki Qərargahı isə seçki prosesində bu məntəqələrin, o cümlədən, bütün seçicilərin əhatə olunduğu bir kampaniya həyata keçirmək əzmindədir.
Aydın Hüseynov YAP-ın bu seçki kampaniyası dövründə də uğurla fəaliyyət göstərəcəyini və növbəti qələbəsini qazanacağını əminliklə söyləyərək əlavə edib ki, bu seçkilərdə də partiyamızın qələbəsini şərtləndirən kifayət qədər çoxlu amillər var.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

