YAP Qubadlı rayon təşkilatında yaradılmış Seçki Qərargahının iclası keçirilib
21.08.2015 [09:59]
İclasda qarşıda duran vəzifələr müzakirə edilib
Noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Öz növbəsində, indiyə kimi ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşır. Partiyanın yerli strukturlarında seçki qərargahları yaradılıb və bu qərargahlar aktiv fəaliyyət göstərirlər.
Eyni zamanda, YAP Qubadlı rayon təşkilatının Seçki Qərargahı da parlament seçkilərinə fəal şəkildə hazırlaşır. Belə ki, partiya rayon təşkilatının Seçki Qərargahı müntəzəm olaraq toplantılar keçirir, Seçki Qərargahının üzvlərinə təlimatlar verilir.
Bu məqamda qeyd edək ki, erməni işğalı altında olan Qubadlı rayonunun inzibati ərazisi üzrə iki Seçki Dairəsi mövcuddur və rayon üzrə 24575 nəfər seçici var. Qubadlıdan olan seçicilər 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi üzrə iki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə isə 26 məntəqədə səs verirlər. 120 saylı Cəbrayıl-Qubadlı dairəsi üzrə 1839, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə isə 22736 seçici səs verəcək. Qubadlı rayon seçicilərinin səsvermədə iştirak etdiyi 28 məntəqədən 15-i Sumqayıt şəhərində, 1-i Abşeron rayonunda, 12-si paytaxt rayonlarında yerləşir.
Yeri gəlmişkən, bir neçə gün öncə YAP Qubadlı rayon təşkilatının Seçki Qərargahının iclası keçirilib. Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev Seçki Qərargahının üzvlərini YAP Mərkəzi Aparatının tapşırıq və tövsiyələri ilə tanış edib. Vurğulanıb ki, qarşıdakı dövrlərdə müxtəlif seçki mərhələlərinin tələblərinə uyğun olaraq ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur. Bu mənada dairə və məntəqə seçki komissiyalarında Yeni Azərbaycan Partiyasını təmsil edəcək üzvlərin siyahısı hazırlanıb və onlara treninqlər keçirilməsi nəzərdə tutulur. Dairə və məntəqələrdə fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlər, eyni zamanda, müşahidə aparacaq şəxslər isə müəyyənləşdirilib.
Seçki kampaniyası dövründə rayon əhalisinin yaşadığı inzibati ərazilərdə təbliğat materiallarının asılması, yapışdırılması, yerləşdirilməsi və seçki məntəqələri ərazisinə çatdırılması, paylanması işinin aparılması üçün gənclərdən ibarət mobil qrup yaradılıb. Bu qrup isə təbliğat kampaniyasına rəsmi olaraq start verildikdən sonra fəaliyyətə başlayacaq.
Tədbirdə qərargah üzvlərinin hər birinin məntəqələr üzrə görəcəyi işlərlə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, artıq qərargahda seçkilərə hazırlıqla bağlı bir sıra tədbirlər görülüb, seçici imzası toplayacaq partiya fəalları müəyyənləşib.
Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının Seçki Qərargahının üzvü Aqil Quliyev qərargah üzvlərinin üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bildirib. Onun sözlərinə görə, gənclər bu məsələdə xüsusi aktivlik nümayiş etdirirlər. A.Quliyev YAP Qubadlı rayon təşkilatının üzvlərinin hər zaman olduğu kimi, bu seçkilərdə də yüksək fəallıq göstərəcəyinə əminliyini ifadə edib.
Rayon təşkilatının Seçki Qərargahının üzvü Savalan İmanov isə qeyd edib ki, seçki kampaniyasının səmərəli təşkil olunması uğur qazanılmasında mühüm rol oynayır. Ona görə də seçki prosesinə ciddi şəkildə hazırlaşmaq lazımdır. Onun sözlərinə görə, Qubadlı seçiciləri bu dəfə də YAP-ın irəli sürəcəyi namizədə etimad nümayiş etdirəcəklər.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

