Füzulililər YAP-ın namizədlərini dəstəkləyirlər
16.10.2015 [10:32]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-ın İdarə Heyətinin üzvü Bahar Muradova Sumqayıt şəhərində məskunlaşmış füzulili seçicilərlə görüşüb. Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova Bahar Muradovanın həyat və fəaliyyəti haqqında görüş iştirakçılarına məlumat verib.
Sonra namizədin vəkilləri çıxış edərək parlament seçkilərinin Azərbaycanın siyasi həyatında və demokratiyanın inkişafında vacib rol oynadığını ifadə edib, seçiciləri bu prosesdə fəal iştirak etməyə çağırıblar.
Tədbirdə çıxış edən seçicilərdən Elyar Mirzəyev, Məftunə Kərimova və digərləri ölkəni çiçəklənməyə doğru aparan YAP-ın siyasətini yüksək dəyərləndirərək, ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də YAP-ın namizədlərini dəstəkləyəcəklərini və ölkə başçısının ətrafında sıx birləşdiklərini bəyan ediblər.
Çıxışlarda vurğulanıb ki, respublikamız müstəqillik əldə etdiyi müddət ərzində, xüsusilə də Ümummilli liderimiz Heydər Əliyevin və Onun ideyalarını yorulmadan, əzmlə və uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi dönəmində ölkəmiz həm siyasi, həm də sosial-iqtisadi baxımdan böyük bir inkişaf yolu keçib. Bütün bunların ideoloji sütununu isə Heydər Əliyev dühasından yaranmış və bu gün 600 mindən artıq siyasi orduya malik YAP təşkil edir.
Bahar Muradova isə öz növbəsində bütün çıxışçılara və onunla görüşə gəlmiş sakinlərə minnətdarlığını bildirib və Azərbaycan dövlətinin və Azərbaycan xalqının, xüsusilə də özünün də təmsil olunduğu Qarabağ bölgəsinin çiçəklənməsi naminə var gücü ilə çalışmağa həmişə hazır olduğunu deyib. Cəbhənin təmas xəttində yaşayıb fəaliyyət göstərməklərinə baxmayaraq, kənd sakinlərinin ruh yüksəkliyinə, nikbinliklərinə, doğma torpaqlarına çox bağlı olduqlarına heyranlığını gizlətməyən Bahar Muradova dövlət başçısı, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda Qarabağ probleminin Azərbaycanın maraqlarına uyğun və ədalətli həllinə nail olunacağına inamını ifadə edərək bu amal uğrunda daha sıx birləşməyə çağırıb.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

