Rauf Əliyev seçicilərlə görüşüb
17.10.2015 [13:29]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Rauf Əliyev Pirallahı qəsəbəsində seçicilərlə görüş keçirib.
Görüşdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov partiya tərəfindən parlamentə namizədliyi irəli sürülmüş Rauf Əliyevin ötən illər ərzində fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Rauf Əliyev Milli Məclisin deputatı kimi qanunvericilik aktlarının qəbulunda hər zaman fəallığı ilə seçilmiş, eyni zamanda, seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməmişdir.
Sonra millət vəkilliyinə namizəd Rauf Əliyev seçiciləri qarşısında çıxış edib. O qeyd edib ki, seçiciləri ilə keçirdiyi hər bir görüş onda müsbət təəssürat yaradır. Eyni zamanda, ona növbəti dəfə etimad göstəriləcəyi təqdirdə, həmin istiqamətdəki fəaliyyətini bundan sonra da layiqincə davam etdirəcəyini vurğulayan Rauf Əliyev həmçinin bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi siyasət bu gün Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həmin siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
YAP-ın namizədi vurğulayıb ki, bütün regionlar və bölgələrimiz kimi, Bakının Pirallahı rayonu da uğurlu inkişaf yolundadır: “Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisi davam etdirilir və ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır, bu da əhalinin gediş-gəlişinə müsbət təsir edəcək.
Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən, Pirallahı qəsəbəsində “Yüksək Texnologiyalar Parkı” inşa olunur, bu da rayonda işsizlik problemini aradan qaldıracaq. Təbii ki, biz də bu kimi əhəmiyyətli işlərdə cənab Prezident İlham Əliyevin ətrafında daha da sıx biləşərək, bütövlükdə Azərbaycanın tərəqqisində gücümüzü əsirgəməməliyik”.
Daha sonra görüşdə çıxış edən Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, “Abşeronneft” NQÇİ-nin şöbə müdiri Şamil Kazımov və digər seçicilər növbəti seçkilərdə də Rauf Əliyevi birmənalı surətdə dəstəkləyəcəklərini bəyan ediblər.
Tədbirin sonunda Rauf Əliyev qəsəbənin ağsaqqalları və ziyalıları ilə müxtəlif məsələləri əhatə edən diskussiya aparıb, bir sıra məsələlər ətrafında ona ünvanlanan sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

