Goranboylular növbəti dəfə YAP-ın namizədini dəstəkləyəcəklər
19.10.2015 [10:14]
Yeni Azərbaycan Partiyası (YAP) təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Dünən partiya tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədr müavini Əzra Həşimova qeyd edib ki, Azərbaycan cəmiyyəti seçkilərə yüksək əhval-ruhiyyə ilə gedir: “Keçirilən görüşlərdə səsləndirilən fikirlərdən anlaşılır ki, seçicilər növbəti dəfə YAP-ın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər”.
Sonra namizəd haqqında məlumat verən rayon təşkilatının sədrinin müavini, eyni zamanda, Ağalar Vəliyevin gördüyü işlərdən də danışıb.
“Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən inkişaf siyasəti, Azərbaycanın dünya miqyasında uğurla təmsil olunması qürur və məmnunluq doğurur. Goranboy ictimaiyyətinin seçimi Yeni Azərbaycan Partiyasının namizədi Ağalar Vəliyevdir”, - deyə Ə.Həşimova əlavə edib.
Daha sonra namizədin vəkilləri Şahin Allahverdiyev və Məzahir Zeynalov Ağalar Vəliyevin gördüyü işlər barədə seçicilərə geniş məlumat veriblər.
Seçicilər qarşısında çıxış edən Ağalar Vəliyev isə ölkədə həyata keçirilən inkişaf siyasətinin Goranboy rayonunda real və səmərəli nəticələr verdiyini, əldə edilmiş uğurlardan bu rayona da pay düşdüyünü bildirib: “Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizdə müasir dövrün tələbləri və qanunauyğunluqlarına müvafiq olaraq uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir. Həyata keçirilən sosial siyasətin nəticələri hər bir Azərbaycan vətəndaşının həyatında hiss edilir. Bu siyasətin davamlı olacağı şübhəsizdir”.
A.Vəliyev əlavə edib ki, YAP ümumxalq partiyasıdır və qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. Bu, Azərbaycan ictimaiyyətinin partiyamıza olan inam və etimadından irəli gəlir.
Görüşlərdə çıxış edən seçicilər seçimlərini YAP-ın namizədinin lehinə edəcəklərini - Ağalar Vəliyevə səs verəcəklərini bildiriblər.
NURLAN
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

