Yeni Azərbaycan Partiyası ötən illərdə xalqa xidmət missiyasını şərəflə yerinə yetirib
21.11.2015 [10:11]
Səbail rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə noyabrın 20-də YAP-ın yaranmasının 23-ci ildönümünə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev çıxış edərək partiyanın yaradılması zərurətindən danışıb. Bildirib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, kəşməkəşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrildi. Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə ən güclü siyasi qüvvə kimi mövqe tutmasının təməl səbəbləri mövcuddur. Partiyanın Ulu öndər Heydər Əliyev kimi dahi, uzaqgörən, böyük siyasi təcrübəyə, idarəçilik qabiliyyətinə və fenomen keyfiyyətlərə malik siyasi liderinin olması, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlət qurulması və insanları müstəqil dövlətçilik ətrafında birləşdirməsi kimi amillər bu səbəbləri təşkil edir.
YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə bütün sahələrdə böhranın yaşandığı bir dövrdə Ulu öndərin rəhbərliyi ilə yaradılan YAP bütün çətinliklərə sinə gərərək xalqın partiyası imicini qazandı. Həmin ağır illərdə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müasir müstəqil Azərbaycanın qurulmasını şərtləndirdi. Bu gün Azərbaycanda milli birlik, həmrəylik mövcuddur və respublikamız regionun ən qüdrətli ölkəsinə çevrilib. Bütün bu uğurlar xalqın dəstəyinə arxalanan Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mümkün olub.
Bildirilib ki, partiyamızın ictimai-siyasi təşkilatlarla qarşılıqlı əməkdaşlığa söykənən siyasi, sivil, mədəni dialoq qurmağa hazır olması və xarici ölkələrin mütərəqqi partiyaları, ictimai təşkilatları ilə hərtərəfli əlaqələrin qurulması və beynəlxalq əməkdaşlıq uğrunda çıxış etməsi də onun həm cəmiyyətdə, həm də beynəlxalq aləmdə nüfuz qazanmasının əsasını təşkil edir. Təbii, bu cür amilləri nəzərə alaraq, demək olar ki, Yeni Azərbaycan Partiyası müasir siyasi partiya kimi cəmiyyətin inkişafına özünəməxsus töhfələr verir.
Partiyanın yaranma tarixinə diqqəti cəlb edən Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov həmin dövrdə şahidi olduğu hadisələrdən söhbət açıb.
YAP-ın yaranmasının ölkəmizin müasir siyasi tarixində mühüm hadisə olduğunu vurğulayan Fəttah Heydərov deyib ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsində, ictimai-siyasi sabitliyin qorunmasında, respublikamızın dinamik inkişafının təmin edilməsində əvəzsiz rol oynayıb. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi yüksəlişə nail olan Azərbaycan müasir və inkişaf etmiş dövlətə çevirib.
Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını bildirən YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova partiyanın gələcəyə doğru inamla addımladığını deyib. O bildirib ki, YAP-ın fəaliyyəti dövründə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da artıb, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial rifahının yaxşılaşmasına gətirib çıxarıb.
Bahar Muradova vurğulayıb ki, Ulu öndərin “Dünənin, bu günün və gələcəyin partiyası” deyə həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurlarına atdığı imzası onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib. Bu gün YAP-ın sıralarında birləşən yüz minlərlə insan Ulu öndər Heydər Əliyevin ölməz ideyalarının davamçılarıdır.
Partiyanın yaranması prosesinin daha bir şahidi, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov ilk addımların olduqca çətin şəraitdə atıldığını deyib. O, partiyanın yaranma tarixi haqqında ətraflı məlumat verib, onun fəaliyyət göstərdiyi 23 il ərzində qazandığı uğurlardan, keçdiyi şərəfli və tarixi yoldan danışıb. Bildirilib ki, ölkəmizin ən ağır sınaq günlərində yaranan YAP Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda dövlətçiliyin qorunması, sabitliyin və demokratik dəyərlərin bərqərar edilməsində mühüm rol oynayıb. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP ölkəmizin siyasi həyatına yeni nəfəs verib, qurtuluş və tərəqqinin simvoluna çevrilib.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov YAP-ın ölkədə aparıcı siyasi qüvvə olmasından, gənclərin partiyanın sıralarına axın etməsindən, onların Prezident İlham Əliyevin daxili və xarici siyasətini fəal dəstəkləmələrindən danışıb.
Vurğulanıb ki, YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə qulluq etməkdir. Azərbaycanın siyasi tarixində YAP qədər güclü, əzəmətli siyasi partiya olmayıb. O, YAP-ın ən nüfuzlu siyasi qüvvəyə çevrilməsində partiyanın yaradıcısı, Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib, Ümummilli liderimizin siyasi xəttinin bu gün partiyanın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın iqtisadi inkişaf sürətinə görə dünyanın qabaqcıl ölkələrindən biri olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 20:18
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26

