15 İyun dövlətçiliyimizin və müstəqilliyimizin bütün təhlükələrdən qurtuluşu günüdür
14.06.2016 [10:26]
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin Mərkəzdə ucaldılmış büstü önünə gül-çiçək dəstələri qoyaraq Onun xatirəsini anıb, sonra Ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən foto stendlə tanış olublar.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bildirib ki, 15 iyun hər bir Azərbaycan vətəndaşının yaddaşında əbədi həkk olunan tarixi günlərdən biridir. Kəsb etdiyi əhəmiyyətinə görə bu tarix dövlətçiliyimizin və müstəqilliyimizin bütün təhlükələrdən qurtuluşu günüdür: “Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Azərbaycan xalqının müasir tarixinin çox əhəmiyyətli dönüş nöqtəsi Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışı oldu. Ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın çağırışı ilə Naxçıvandan Bakıya dönən Ulu öndərin qətiyyəti sayəsində müstəqil respublikamız məhv olmaq təhlükəsindən xilas oldu, Azərbaycanın gələcək inkişafının təməli qoyuldu, müstəqilliyimizin əbədiliyi və dönməzliyi təmin edildi”.
Ramiz Şabanov daha sonra Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin titanik fəaliyyətindən, müstəqilliyimizin qorunub möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi qlobal işlərdən, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” kəlamını əməli işi ilə sübuta yetirməsindən, Tərtərin də həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmasından danışıb.
Sonra çıxış edən YAP rayon təşkilatı Gənclər Birliyinin üzvü, Cəmilli kənd tam orta məktəbinin direktoru Rəşad Şahbazov, rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, YAP rayon təşkilatı Şurasının üzvü, rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Mətanət Hüseynova və başqaları Azərbaycanın 23 il əvvəl, iyunun 15-dən başlanan yüksəlişinin bu gün də davam etdiyini vurğulayıblar. Qeyd olunub ki, ölkə iqtisadiyyatı güclənir, qüdrəti artır, siması yenilənir. İndi Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində dünyanın qüdrətli və zəngin ölkələrindən birinə çevrilib.
NADİR
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

