Nəsimi rayonundan olan bir qrup yaradıcı gəncin əl işlərindən ibarət sərgi keçirilib
12.11.2016 [01:08]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı noyabrın 11-də Bakı Slavyan Universitetində Konstitusiya Günü və partiyanın yaranmasının 24 illiyi münasibətilə Nəsimi rayonundan olan bir qrup yaradıcı gəncin əl işlərindən ibarət sərgi keçirib.
AZƏRTAC xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov Yeni Azərbaycan Partiyasının Ümummilli lider Heydər Əliyevin şəxsi qətiyyəti və iradəsi sayəsində qurub-yaratdığı siyasi təşkilat olduğunu söyləyib. Bildirilib ki, bu təşkilat insanların arzusunu reallaşdırmaq kimi bir missiyanı yerinə yetirir. Bununla yanaşı, partiya cəmiyyətimizin siyasi, sosial, iqtisadi həyatına yeni dəyərlər gətirib.
Diqqətə çatdırılıb ki, ənənəvi olaraq YAP Nəsimi rayon təşkilatı tərəfindən silsilə tədbirlər proqramı hazırlanıb. Növbəti belə tədbir Konstitusiya Günü və ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümünə həsr edilmiş bu sərgidir.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva gənclərin maarifləndirilməsi, dünyagörüşlərinin artırılması istiqamətində görülən işlərdən, ötən illərdə ölkəmizin əldə etdiyi uğurların dünyaya çatdırılmasında gənclərin üzərinə düşən vəzifələrdən danışıb. O bildirib ki, Azərbaycanda multikulturalizm, tolerantlığın dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət hazırda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər bu dəyərlərin də dünyada təbliği istiqamətində səylərini əsirgəməməlidirlər.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, bugünkü sərgidə Nəsimi rayon təşkilatının bir qrup gənci Dövlət Müstəqilliyi, Dövlət Bayrağı, Konstitusiya günlərinə, xüsusilə partiyamızın yaranmasına həsr olunmuş əl işlərini təqdim ediblər.
Bildirilib ki, Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçərək milli siyasi iradəni təmsil və xalqımızın mənafeyini ifadə edən avanqard siyasi qüvvəyə çevrilib. Bu gün də mövcud iqtidarın monolit birliyi nəticəsində Ümummilli liderimizin qurub yaratdığı azad, müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inamla irəli gedir. Bu xətti əzmlə irəli aparan isə Ulu öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezident İlham Əliyevdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin şəxsi qətiyyəti və iradəsi hesabına yaradılan, bu gün bütün regionda lider partiya olan YAP-ın yaradılmasının 24 illiyi respublikamızda təntənəli şəkildə qeyd edilir.
Sonra YAP Nəsimi rayon təşkilatının həyata keçirdiyi layihələrdə fəal iştirak etdiklərinə görə bir qrup gəncə diplomlar, Yeni Azərbaycan Partiyasının sıralarına üzv olmuş gənclərə isə vəsiqələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03

