Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
19.11.2016 [10:03]
Dünən Tərtərdə Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Sonra rayon təşkilatının qərargahında öz işini davam etdirən tədbiri giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq geniş məruzə ilə çıxış edib. Məruzəsində partiyanın yaranma tarixindən söhbət açan natiq həmin illərin xalqımızın yaddaşında dərin izlər buraxdığını bildirib.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının ölkəmiz üçün olduqca mürəkkəb bir vaxtda yarandığını deyib. Natiq bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev dərin düşünülmüş siyasəti, qətiyyəti və müdrik qərarları sayəsində Azərbaycanı düşdüyü böhranlı vəziyyətdən çıxara bilib, qısa müddətdə böyük uğurların qazanılmasında müstəsna xidmətlər göstərib, xalqın etimadını layiqincə doğruldub. Məhz bütün bunların nəticəsidir ki, Ulu öndərin yaratdığı və hazırda Prezident İlham Əliyevin Sədri olduğu YAP ümumxalq partiyası kimi Azərbaycan tarixinə düşüb.
Çıxışında Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi altında təşəkkül tapmış partiyanın bu gün möhtərəm Prezidentimiz, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin surətli sosial-iqtisadi inkişafında oynadığı roldan da danışan Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının, Ulu öndərin qeyd etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyası statusunu şərəflə qoruyaraq daşıdığını qeyd edib.
Sonra YAP Tərtər rayon təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, YAP Tərtər rayon təşkilatının Gənclər Birliyinin sədri Emin Pənahov və başqaları məruzə ətrafında çıxış ediblər. Natiqlər ölkəmizdə həyatın bütün sahələrində qazanılmış uğurlarda Yeni Azərbaycan Partiyasının rolunu yüksək qiymətləndirib, YAP-ın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyini diqqətə çatdırıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibəti ilə bir qrup partiya fəalına Fəxri fərmanlar, həmçinin YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri verilib.
NADİR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32

