YAP-ın gəncləri “Qələbə yürüşü” keçiriblər
07.04.2017 [10:00]
Tədbir ötən ilin aprel döyüşlərində qazanılan qələbənin ildönümünə həsr olunub
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyinin birgə təşəbbüsü ilə ötən ilin aprel döyüşlərində Azərbaycan Ordusunun qələbəsinin ildönümü münasibətilə “Gənclərin qələbə yürüşü” adlı tədbir keçirilib.
Minlərlə gəncin iştirak etdiyi yürüş Dənizkənarı Milli Parkdakı “Saat qülləsi”nin yanından başlayıb. Gənclər yürüş boyunca “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazırıq!” və digər vətənpərvər ruhlu şüarlar səsləndiriblər.
YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, gənclərin bu yürüşdə fəal iştirakı ölkəmizdə yüksək vətənpərvərlik ruhuna sahib olan gənc nəslin formalaşdığının göstəricisidir. Ölkəmizin bütün guşələrində ötən ilin aprel döyüşlərinin ildönümünün qeyd olunduğunu deyən M.İbrahimqızının sözlərinə görə, Prezident İlham Əliyevin dediyi kimi, aprel döyüşləri hərb tariximizdə şanlı qələbədir: “Məlumdur ki, 2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaq. Ötən ilin aprel ayında Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini azad edib. Aprel ayında ordumuz işğalçı Ermənistanın təxribatının qarşısını alaraq düşmənə sarsıdıcı zərbələr vurub. Dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyini azad edib. Torpaqlarımızın 2 min hektardan çox ərazisi işğaldan azad olundu və bununla da şanlı qələbəmiz tarixə qızıl hərflərlə yazıldı. Əminəm ki, bu qələbələr davam edəcək. Mən torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin ruhu, onları böyüdən valideynlərin qarşısında baş əyirəm. Arzu edirəm ki, belə yürüşlər tezliklə Şuşada, Xankəndində də keçirilsin”.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov isə qeyd edib ki, gənclərimiz bu yürüşü keçirməklə dövlətçiliyimizə sadiq olduğunu, ölkə Prezidentinin ətrafında sıx birləşdiyini əyani şəkildə göstərirlər: “Bu yürüşdə təxminən 6-7 min nəfər gənc iştirak edir. Gənclərimizin belə yüksək fəallığı bizi çox sevindirir. Bu, o deməkdir ki, Azərbaycan gəncləri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə silaha sarılıb torpaqlarımızı işğaldan azad etməyə qadirdirlər. Ötən ilin aprel döyüşləri bunu bir daha təsdiqlədi. Biz aprel döyüşlərində ordumuzun gücünü gördük. Düşmənlərimiz də bu gücü gördü və qorxuya düşüblər. Əgər qarşı tərəf sülh yolu ilə torpaqlarımızdan geri çəkilməsələr, bir daha ordumuzun gücü ilə qarşılaşacaqlar”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov bildirib ki, bu tədbir xalqımızın, o cümlədən gənclərimizin Azərbaycan torpaqlarının işğalı ilə heç zaman barışmayacağının ifadəsidir: “Xalqımız ordumuzun yanındadır və ona bütün dəstəyi verir. İnanırıq ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad ediləcək”.
Tədbirdə iştirak edən millət vəkili Azər Badamov da qeyd edib ki, aprel döyüşləri Qarabağın azadlığı uğrunda mübarizəmizdə böyük qələbədir: “Azərbaycan gəncliyi də bu yürüşdə məhz bu qələbənin ildönümünü böyük izdihamla qeyd edir. Biz gəncliyimizlə qürur duyuruq və inanırıq ki, belə bir gəncliyi olan dövlətimiz torpaqlarımızı qısa müddətdə işğaldan azad edəcək”.
YAP Gənclər Birliyi Ofisinin rəhbəri, təşkilatın sədr müavini Əli Pənahov bildirib ki, aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini, xalq ilə ordu arasında birliyi nümayiş etdirdi: “Bütün dünya Azərbaycan xalqında ruh yüksəkliyinin, vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu bir daha gördü. Ermənistanda isə bu döyüşlərdən sonra gərginlik artdı, xalqla hakimiyyət arasında uçurum daha da dərinləşdi. Ermənistan hakimiyyəti isə həmin döyüşlərdən sonra təşviş içindədir. Azərbaycanın işğal altında olan ərazilərində ermənilər səksəkə içərisində yaşayırlar. Cinayətkar Serj Sarkisyan hakimiyyəti Azərbaycanın bu üstünlüyünü ört-basdır etmək üçün yalan bəyanatlar verir. Lakin bu bəyanatlarla da özünü gülünc vəziyyətə salır”.
“Ermənistan rəhbərliyi ötən ilin 2-5 aprel tarixində cəbhə xəttində növbəti təxribat törədərək vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışıb. Lakin Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını layiqincə aldı”. Bu fikirləri isə yürüş iştirakçısı, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı deyib. Y.Babanlı bildirib ki, nəticədə düşmən tərəf xeyli itki verib, 2000 hektara yaxın ərazimiz, o cümlədən Lələtəpə və Talış yüksəklikləri geri qaytarılıb: “Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək əzmi və iqtidarındadır”.
YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Abbasəliyev bildirib ki, aprel döyüşləri zamanı Azərbaycan Ordusu Ermənistanın təxribatçı hərəkətlərinin qarşısını layiqincə almaqla yanaşı, həm də qarşıya qoyulan hədəflərə nail oldu: “Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda bütövlükdə sülh və sabitlikdən bəhs etməyə dəyməz. İşğalçı Ermənistan bütün çağırışlara qeyri-konstruktiv reaksiya verməklə sülhə mane olur. Belə olan halda isə işğalçılar ordumuzun gücü ilə qarşılaşacaqlar. Onların başqa seçimi yoxdur”.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin nümayəndəsi Nərminə Yunusova isə deyib ki, ötən ilin aprel döyüşləri düşmənə və onun havadarlarına bir mesaj oldu ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək. Onun sözlərinə görə, Ermənistanın təxribatları cavabsız qalmır və ordumuz bundan sonra da düşmənə layiqli cavab verəcək: “Biz Azərbaycan Ordusu ilə qürur duyuruq. İnanırıq ki, ordumuz qələbə bayrağımızı Xankəndidə yüksəldəcək və biz belə tədbirlərimizi orada keçirəcəyik”.
Qeyd edək ki, “Gənclərin qələbə yürüşü” Dövlət Bayrağı Meydanında dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20

