YAP Zaqatala rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
31.05.2017 [09:46]
Yeni Azərbaycan Partiyası (YAP) xalqın istək və arzularının təcəssümünün, onun iradəsinin ifadəsi kimi, tarixi zərurətdən yaranan bir partiyadır. Bu partiya Ümummilli lider, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin sayəsində təşəkkül tapıb, Onun müdrik şəxsiyyəti ətrafında sıx birləşərək möhkəmlənib, ölkəmizin ictimai-siyasi həyatında mühüm mövqe tutub. Yarandığı gündən Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi sahədə çox mühüm işlər görüb, cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının mayın 27-də keçirilən IX konfransında hesabat məruzəsində səsləndirilib.
Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda təşkilatın sədri Habil Qurbanovun hesabat məruzəsində qurumun əvvəlki konfransdan keçən dövrdəki fəaliyyəti geniş təhlil edilib, qarşıda duran vəzifələrə toxunulub. Qeyd olunub ki, yaradıcısı Ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxıb, böyük siyasi qüvvəyə çevrilib. YAP Zaqatala rayon təşkilatının sıralarının ildən-ilə genişləndiyini bildirən H.Qurbanov təşkilatın üzvlərinin ictimai-siyasi həyatda fəallıq nümayiş etdirdiklərini vurğulayıb.
Konfransda rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, həmçinin rayon təşkilatının fəalları çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Natiqlər Yeni Azərbaycan Partiyasının ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrilməsində onun yaradıcısı, Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini önə çəkib, Ulu öndərin siyasi xəttinin hazırda partiyanın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.
Konfransda təşkilati məsələyə də baxılıb, Habil Qurbanov yenidən YAP Zaqatala rayon təşkilatının sədri seçilib.
Xəbər lenti
Hamısına baxHadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20

