YAP Gədəbəy rayon təşkilatının X konfransı keçirilib
02.06.2017 [10:05]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının X konfransı keçirilib. Konfransı giriş sözü ilə açan rayon təşkilatının sədri Rüstəm Nağıyev hesabat dövründə görülmüş işlər barədə və qarşıda duran vəzifələr ilə bağlı çıxış edib. O, ötən müddət ərzində YAP Gədəbəy rayon təşkilatının səmərəli inkişaf yolu keçdiyini bildirərək deyib ki, 80 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının üzvlərinin sayı 5965 nəfərdir.
Məruzə ətrafında çıxış edənlər - rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, Baxış Nağıyev və digərləri YAP Gədəbəy rayon təşkilatının X konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.
Daha sonra YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov, YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov və YAP Mərkəzi Aparatının məsul işçisi Rəfael Gülməmmədov konfransda çıxış edərək partiyanın yarandığı tarixi şəraitdən Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs ediblər. Bildirilib ki, Yeni Azərbaycan Partiyası çətin tarixi dövrdə yaranıb və partiyanın yaranması ictimai-siyasi zərurətdən doğub. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın mürəkkəb vəziyyətdən xilas edildiyini deyən natiqlər diqqətə çatdırıblar ki, ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olub inkişaf yoluna qədəm qoydu. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti həm ölkəmizin inkişafını təmin edib, həm də Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə alternativsiz siyasi qüvvə kimi qəbul edilir.
Konfransda təşkilati məsələlərə baxılıb, yeni tərkibdə Şura üzvləri və Nəzarət-Təftiş qrupu seçilib. Rüstəm Nağıyev yenidən YAP Gədəbəy rayon təşkilatının sədri seçilib. YAP Gədəbəy rayon təşkilatının X konfransının nümayəndələri adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

