Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının növbəti konfransı keçirilib
13.06.2017 [09:52]
İyunun 10-da Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının növbəti konfransı keçirilib. Konfrans iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
YAP Kürdəmir rayon təşkilatının sədri Ağaəli Kərimli son konfransdan ötən dövr ərzində rayon təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib.
Hesabat məruzəsində qeyd olunub ki, artıq 25 ildir ki, Yeni Azərbaycan Partiyası sıralarında birləşdirdiyi 700 min nəfərədək partiya üzvləri ilə birlikdə ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir. YAP rayon təşkilatı rayonun sosial-iqtisadi, siyasi və mədəni həyatında yaxından iştirak edərək hər bir YAP üzvünün nümunə olmasına çalışır.
Hesabat dövrü ərzində keçirilən prezident, parlament, bələdiyyə seçkilərində və ümumxalq səsverməsi - referendumda rayon təşkilatı siyasi aktivlik göstərərək, seçkilərin demokratik, şəffaf və mütəşəkkil şəkildə həyata keçirilməsinə nail olmuşdur.
Konfransda rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədrinin hesabatı dinlənilib. Məruzələr ətrafında çıxış edənlər rayon təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildiriblər.
YAP Siyasi Şurasının üzvü, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov konfransda çıxış edərək, YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi çətin və şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edərək vurğulayıblar ki, məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti parçalanmaqdan, anarxiya, xaos və tənəzzüldən qurtularaq bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çıxmışdır.
Qeyd olunub ki, nail olduğumuz müstəqillik bu gün Prezident, YAP-ın Sədri İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində daha da möhkəmlənmiş, Azərbaycanın müstəqilliyi əbədilik qazanmışdır.
Çıxışlardan sonra konfransda təşkilati məsələlərə baxılıb. Rayon təşkilatının Şurası, İdarə Heyəti və Nəzarət-Təftiş Qrupu seçilib. Ağaəli Kərimli yenidən Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18

