YAP Gənclər Birliyinin ofisində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14.06.2017 [10:05]
Arif Rəhimzadə: Məhz qurtuluşdan başlanan yol Azərbaycanın inkişaf və tərəqqisini təmin etdi
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbiri açan YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov 15 İyun - Milli Qurtuluş Gününün tariximizdəki əhəmiyyətli rolunu vurğulayıb. S.Orucov qeyd edib ki, 15 iyun 1993-cü il tarixində Azərbaycan parlamentinə Sədr seçilən Ulu öndər Heydər Əliyev ölkəmizin xilaskarı missiyasını yerinə yetirdi. YAP Gənclər Birliyinin sədri həmin dövrün canlı şahidlərindən birinin YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə olduğunu bildirib. S.Orucov A.Rəhimzadənin Ulu öndər Heydər Əliyevin fəal müdafiəçisi və yaxın silahdaşı olduğunu deyib: “Arif Rəhimzadə məhz 1993-cü ilin iyun hadisələrinin canlı şahididir və ozamankı siyasi proseslərdə daim Ümummilli lider Heydər Əliyevin yanında olmuşdu. Bu görüşə də Arif müəllimi dəvət etmişik ki, həmin hadisələrlə bağlı öz fikirlərini gənclərlə bölüşsün”.
Sonra 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olunub.
Tədbirdə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Azərbaycan xalqının tarixində faciəli anlar, sarsıntılar az olmayıb. Xalqımız dəfələrlə milli faciə miqyaslı təhlükələrlə üzləşib. Onun sözlərinə görə, 1990-cı illərin əvvəli ölkəmiz və xalqımız üçün ən faciəli bir dövr olub. Azərbaycan bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək, parçalanmaq təhlükəsi ilə üzləşmişdi.
“Ozamankı hakimiyyətin səriştəsizliyi nəticəsində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Tarixinin bu böhranlı məqamında xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. 1993-cü ildə iyun hadisələri zamanı xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ulu öndər Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi. Hətta ozamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Amma iqtidar təmsilçiləri istəyirdilər ki, Heydər Əliyevə heç bir səlahiyyət verilmədən Onun köməyi ilə bu problemlər aradan qaldırılsın. Ulu öndər Heydər Əliyev isə böyük siyasətçi kimi səlahiyyətsiz şəkildə heç bir tədbir görülə bilməyəcəyini bilirdi. Vəziyyət ozamankı prezidentə izah olundu və qərara gəlindi ki, Heydər Əliyevin parlamentin sədri vəzifəsinə namizədliyi irəli sürülsün. Təsəvvür edin ki, hamı, o cümlədən də vaxtilə Ulu öndərimizə qarşı çıxış edənlər də Heydər Əliyevin namizədliyinə səs verməyə hazır idilər. Çünki anlayırdılar ki, Ulu öndər Heydər Əliyev olmadan Azərbaycanı ağır vəziyyətdən xilas etmək mümkün deyil. Ulu öndər Heydər Əliyev vəziyyəti öyrənmək üçün Gəncə şəhərinə səfər etdi. İyunun 15-də isə Heydər Əliyev Ali Sovetə Sədr seçildi və bu gün Azərbaycan xalqının və dövlətçiliyinin Milli Qurtuluş Günü kimi tariximizə həkk olundu”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
A.Rəhimzadə bildirib ki, məhz qurtuluşdan başlanan yol Azərbaycanın inkişaf və tərəqqisini təmin etdi. Onun sözlərinə görə, bugünkü güclü Azərbaycanın təməlində qurtuluş məfkurəsi dayanır. A.Rəhimzadə Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini bildirib.
Daha sonra A.Rəhimzadə gənclərin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

