Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının IX konfransı keçirilib
11.11.2017 [01:56]
YAP xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yaranıb
Noyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının IX konfransı keçirilib. Konfrans nümayəndələri əvvəlcə Ulu öndər Heydər Əliyevin Naftalan şəhərindəki abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Konfrans Naftalan şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə işinə başlayıb.
Tədbirdə Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev VIII konfransdan ötən dövr ərzində görülən işlərdən və nailiyyətlərdən bəhs edən hesabat məruzəsi ilə çıxış edib. H.Qocayev bildirib ki, YAP Naftalan şəhər təşkilatı Ümummilli lider Heydər Əliyevin ideyalarını, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq şəhərin inkişaf etməsi üçün lazımi tədbirləri davam etdirib. Əvvəlki illərlə müqayisədə şəhər təşkilatı Gənclər Birliyinin, Qadınlar Şurasının işi daha da genişləndirilib, partiyanın maarifçilik işi gücləndirilib.
YAP Naftalan şəhər təşkilatının sədri qeyd edib ki, hazırda təşkilatın 1226 nəfər üzvü 37 ərazi ilk partiya təşkilatında birləşib. Hesabat məruzəsində qeyd olunub ki, VIII konfransdan keçən müddət ərzində 240 nəfər partiya sıralarına qəbul edilib.
Sonra YAP Naftalan şəhər təşkilatının Nəzarət-Təftiş Qrupunun üzvü Anar Əsədzadənin hesabat məruzəsi dinlənilib. Məruzələr ətrafında rayon təşkilatının Qadınlar Şurasının üzvü Kəmalə Hüseynova, Gənclər Birliyinin sədri Aynurə Novruzova çıxış ediblər.
Tədbirdə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bildirib ki, YAP-ın yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyulub: “Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP özünü bütün mənalarda təsdiqləyərək yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb. Ulu öndərin davamçısı Prezident İlham Əliyevin möhkəm təməl üzərində qurulan Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirilib. Partiyanın sosial bazası əhəmiyyətli dərəcədə güclənib”.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP-ın yaranma tarixindən, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, keçdiyi şərəfli inkişaf yolundan söhbət açıb. Qeyd edib ki, YAP Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yaranıb. Partiya yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək milli müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, iqtisadiyyatımızın inkişaf etdirilməsinə layiqli töhfələrini verib: “Məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti parçalanmaqdan, anarxiya, xaos və tənəzzüldən xilas olaraq bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çıxdı. Nail olduğumuz müstəqillik bu gün möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində daha da möhkəmlənib və əbədilik qazanıb”.
YAP Mərkəzi aparatının məsul işçisi Rafael Gülməmmədov partiyanın yaranmasını zərurətə çevirən amillərdən, həmin dövrdə ölkəmizdə mövcud olmuş ağır ictimai-siyasi vəziyyətdən, partiyanın ötən 25 ildə qazandığı nailiyyətlərdən bəhs edib.
Sonda hesabat məruzəsi ətrafında hazırlanmış qətnamə oxunaraq qəbul edilib. Eyni zamanda, təşkilati məsələlərə baxılıb. YAP Naftalan şəhər təşkilatının İdarə Heyəti, 19 nəfərdən ibarət Şurası və 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu, Qocayev Hatəm Əli oğlu isə yenidən YAP Naftalan şəhər təşkilatının sədri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

