Seymur Orucov: Azərbaycan gəncliyi YAP-ın VI Qurultayının qərarını böyük sevinclə qarşılayır
09.02.2018 [10:12]
“Bu gün Yeni Azərbaycan Partiyasının VI Qurultayı tarixi bir qərar qəbul etdi. Qurultay qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürdü. Azərbaycan gəncliyi bu qərarı böyük sevinclə qarşılayır”. Bu fikirləri yap.org.az saytına qurultay nümayəndəsi, YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, YAP-ın VI Qurultayının belə bir qərar qəbul etməsi cəmiyyətdən gələn sosial sifarişdir. Onun sözlərinə görə, şübhəsiz ki, Azərbaycan gəncliyinin seçimi cənab İlham Əliyevdir.
“Artıq ölkə gəncliyi bu qərarla bağlı öz fikirlərini ictimai rəydə bölüşürlər. Xüsusilə, sosial şəbəkələrdə bu xəbəri paylaşır və cənab İlham Əliyevin qələbə qazanacağına əmin olduqlarını vurğulayırlar. Əlbəttə ki, gənclərin bu seçiminin ciddi əsasları var. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu gün uğurla davam etdirilən həmin siyasət müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq həm mahiyyət, həm də keyfiyyət etibarilə yeni mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Yeni mərhələdə dövlət başçısı İlham Əliyev tərəfindən gerçəkləşdirilən gənclər siyasəti çox geniş spektrə malikdir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlərə imza atır, dövlətçilik ənənələrini daim uca tutur, ictimai-siyasi həyatda yaxından iştirak edir. Məhz həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramlar və layihələr həyata keçirilir. Dövlət hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini nümayiş etdirir. Müasir dövrdə gənclərin cəmiyyətin həyatında avanqard mövqeyilə ictimai-siyasi proseslərin önündə yer alması, dövlətin gələcəyinin onlarla bağlı olması gənclərin üzərinə böyük məsuliyyət qoyur. Ona görə də, gənclərimiz, o cümlədən YAP Gənclər Birliyinin üzvləri dövlətin etimadını layiqincə doğrultmağa çalışırlar. Bu baxımdan, aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat kampaniyasında gənclərimiz fəal iştirak edəcəklər. Biz əminik ki, xalqımız bu dəfəki seçkidə də partiyamızın Sədri cənab İlham Əliyevi dəstəkləyəcək”, - deyə S.Orucov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

