YAP Qazax rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
23.03.2018 [10:29]
Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyamızın namizədi cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayon mərkəzində keçirilib.
Görüşdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib. YAP rayon təşkilatının sədri deyib ki, Azərbaycan dövləti və Azərbaycan Prezidenti qarşıdakı illərdə əldə olunan bu uğurların davam etməsi istiqamətində yüksək qətiyyətlə səy göstərir. Bunun üçün seçicilər aprelin 11-də seçki məntəqələrinə gedib ölkəmizin gələcək inkişafına - YAP-ın namizədi cənab İlham Əliyevə səs verməlidirlər.
Çıxış edən millət vəkili Kamran Nəbizadə bildirib ki, Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı ölkəmizin yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəyini deməyə əsas verir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Onun layiqli davamçısı, alternativsiz liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə də davam edəcək: “Vətəndaşlarımız müsbət dəyişikliklərin, inkişafın, sabitliyin növbəti 7 ildə də davam etməsi üçün aprelin 11-də seçki məntəqələrinə getməli və sözügedən inkişafın ölkəmizdə bərqərar olmasına şərait yaradan Prezident İlham Əliyevə səs verməlidirlər”.
Çıxış edən “Odlar Yurdu” Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev bildirib ki, Prezident İlham Əliyev hər zaman regionların sosial-iqtisadi inkişafını öz diqqətində saxlayıb: “Son 15 ildə regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən Dövlət proqramları şəhərlərimizin, kəndlərimizin daha da yüksək səviyyədə abadlaşmasına, bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaradıb. İnanıram ki, seçicilərimiz bu seçkilərdə yekdilliklə Prezident İlham Əliyevə səs verəcəklər”.
Çıxış edən Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov bildirib ki, ölkəmizdə idmanın inkişafı ilə bağlı uzunmüddətli, planlı addımlar atılır ki, bu özünü əldə olunan uğurlu nəticələrdə göstərir: “Azərbaycanda idmanın maddi-texniki bazası sürətlə genişlənir. Hazırda respublikamızın bütün bölgələrində dünya standartlarına cavab verən Olimpiya idman kompleksləri tikilib istifadəyə verilib. Məhz Prezident İlham Əliyevin şəxsi səyi sayəsində bölgələrdə gənclərin sağlam şəkildə yetişdirilməsi, onların sağlam ruhda böyüməsi üçün əsaslı addımlar atılır”.
Çıxış edən İlham Pirməmmədov, Mustafa Babanlı və digər natiqlər də bildiriblər ki, bu gün Azərbaycan quruculuq meydançasına çevrilib. Qeyd edilib ki, bütün seçicilər bu inkişafın davam etməsini istəyir və aprelin 11-də cənab İlham Əliyevə səs verəcəklər.
Çıxış edən seçicilər də Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevi hər zaman dəstəklədiklərini diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

