/ / Samuxlu seçicilər Azərbaycanın gələcək inkişafı və firavanlığı naminə cənab İlham Əliyevə səs verəcəklər
Samuxlu seçicilər Azərbaycanın gələcək inkişafı və firavanlığı naminə cənab İlham Əliyevə səs verəcəklər
25.03.2018 [11:19]
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Yenikənd, Lüksemburq və Qırmızı Samux kəndlərində seçicilərlə görüşlər keçirib.
Görüşlərdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək qeyd edib ki, Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsində dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib: “Hazırda Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir, regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Azərbaycan mədəniyyəti dünyada layiqincə təbliğ edilir. Bununla yanaşı, insanların həyat şəraiti olduqca yaxşılaşıb”.
Rayon təşkilatının sədri əlavə edib ki, Azərbaycan cəmiyyəti ölkəmizin inkişafından, mövcud ictimai-siyasi sabitlikdən məmnundur. “Əminliklə söyləyə bilərəm ki, bu seçkilərdə də seçicilər Azərbaycanın gələcək inkişafı, firavanlığı naminə cənab İlham Əliyevə səs verəcəklər. Azərbaycan xalqının seçimi birmənalıdır”, - deyə G.Bayramov əlavə edib.
Ölkəmizdə həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın, o cümlədən Samux sakinlərinin həyatında hiss edildiyini bildirən YAP Samux rayon təşkilatının sədri aprelin 11-də seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Daha sonra çıxış edənlər - təbliğat qrupunun üzvləri Gülağa Bağırov, Əli Rüstəmov və digərləri qeyd ediblər ki, Azərbaycanın sürətli inkişafı, insanların sosial rifah halının daha da yaxşılaşması, yeni iş yerlərinin açılması və digər müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Nəzərə çatdırılıb ki, xalqımız cənab İlham Əliyevi dəstəkləyir, çünki dövlətimizin başçısı ölkəmizi yeni nailiyyətlərə və möhtəşəm qələbələrə aparır. Seçicilər isə 11 aprel tarixində keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini yekdilliklə bəyan ediblər.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

