Ağstafa rayonunda seçicilərlə görüş-mitinq keçirilib
27.03.2018 [10:42]
Bütün bölgələrdə olduğu kimi, Ağstafa rayonunda da Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla həyata keçirilir. Kampaniya çərçivəsində Ağstafa şəhər stadionunda seçicilərlə görüş-mitinq keçirilib. Tədbirdə Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov və YAP Mərkəzi Aparatının məsul işçisi Rafayıl Gülməmmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov ötən 15 il ərzində dövlət başçısı İlham Əliyev tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, ölkəmizdə analoqu olmayan inkişafın təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Ümummilli liderin siyasi kursu ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. R.Tatarov Ağstafa seçicilərini ən layiqli namizəd olan İlham Əliyevə səs verməyə çağırıb: “Əminəm ki, seçicilərimiz Azərbaycanı inkişafa aparan, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Heydər Əliyev siyasətinə səs verəcəklər”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin uğurlu siyasi strategiyasından və bunun ölkəmiz üçün müsbət nəticələrindən bəhs edib. O qeyd edib ki, ölkəmizin dinamik iqtisadi inkişafı vətəndaşların maddi rifah halının yaxşılaşmasına səbəb olub: “Prezident İlham Əliyevin xalqımız qarşısındakı xidmətləri misilsizdir. Mən sizin hamınızı aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP-ın namizədi, dövlət başçısı İlham Əliyevə səs verməyə çağırıram”.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov isə qeyd edib ki, dövlət başçısı 15 il bundan öncə xalqı qarşısında verdiyi bütün vədlərə layiqincə əməl edib: “Regionların Sosial-İqtisadi İnkişafı” Dövlət proqramlarına uyğun olaraq regionlarda yeni iş yerlərinin, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının açılması sürətli xarakter alıb. Bölgələrin sürətli inkişafı üçün nəzərdə tutulan Dövlət proqramları və müvafiq layihələr ardıcıl olaraq həyata keçirilir”.
Çıxış edən Azərbayan Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov da son 15 il ərzində ölkəmizdə həyata keçrilən uğurlu siyasətdən danışaraq seçiciləri 11 aprel seçkilərində bu siyasətin davamına - cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən rayon sakinləri 11 apreldə xalqımızın alternativsiz lideri olan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

