Sumqayıt seçiciləri cənab İlham Əliyevə səs verəcəklər
04.04.2018 [10:25]
Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Sumqayıt şəhərində seçicilərlə görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qlobal miqyaslı layihələrdən və ölkədə aparılan abadlıq-quruculuq işlərindən danışıb. O, 11 apreldə keçiriləcək prezident seçkilərinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, Prezident İlham Əliyev bütün Azərbaycan xalqının seçimidir.
Çıxış edən YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün uğurlu siyasət həyata keçirir: “Vətəndaşların sosial rifahının yüksəldilməsi, hüquq və azadlıqlarının qorunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindən biridir. İnanıram ki, seçicilərimiz prezident seçkilərində yaxından iştirak edərək xalqın namizədi olan cənab İlham Əliyevə səs verəcəklər”.
Tədbirdə çıxış edən Milli Məclisin üzvü Tahir Mirkişili Azərbaycanda hər bir sahədə dinamik inkişafın əldə edilməsində cənab İlham Əliyevin xidmətlərindən bəhs açıb. Millət vəkili seçiciləri seçkilərdə fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Muxtar Babayev də sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyasının, Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinə sadiqliyin dayandığını bildirib.
Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri Sultan Əsədov, Təranə Rəcəbli, Nazilə Cəlilova və başqaları cənab İlham Əliyevin Azərbaycanı firavan gələcəyə doğru aparan lider olduğunu bildiriblər. Onlar bütün seçiciləri inkişaf, uğurlu gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

