Ölkə müxalifəti rəqabət qabiliyyətinə malik deyil
01.10.2009 [10:53]
“Azərbaycanın inkişafının ən gözəl nümunəsi bütün dünyanı iqtisadi tənəzzül bürüdüyü şəraitdə iqtisadiyyatımızda artımın müşahidə olunmasıdır. ölkəmizin iqtisadiyyatının 2009-cu ilin 6 aylıq göstəricilərinin 5-6 faizlik artımla müşahidə olunması onu göstərir ki, Azərbaycan inkişaf edir”. Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov parlamentin dünən öz işinə başlamış payız sessiyasının ilk iclasında deyib.
Müxalifət deputatlarının çıxışlarına münasibət bildirən Əli Əhmədov qeyd edib ki, bu gün Azərbaycanda tənqid etməyə müxtəlif səbəblər axtaran müxalifət nümayəndələri ölkəmizdə iqtisadiyyatın və bununla bərabər, digər sahələrin inkişafı haqqında da danışmağı unutmamalıdırlar.
“Bu gün Azərbaycanda siyasi qüvvələrin nisbəti insanların seçiminin nəticəsidir. Əgər ölkəmizdə müxalifətin mövqeyinə diqqət yoxdursa, bu, insanların onlara etimadsızlığının göstəricisidir. Bunun da səbəbini başqa yerdə yox, müxalifət öz daxilində axtarmalıdır. Onlar bilməlidirlər ki, niyə görə insanlar onlara etimad göstərmir? Əgər YAP-a vətəndaşlarımız etimad göstərirsə, parlamentdə çoxluğu ona veribsə, bundan partiyanın hər bir nümayəndəsi qürur duymalıdır” - deyən Əli Əhmədovun sözlərinə görə, YAP Azərbaycan xalqının dəstəyi əsasında Milli Məclisdə çoxluq əldə edib. Bu, partiyamızın konstitusion haqqıdır.
YAP Sədrinin müavini hesab edir ki, müxalifətin Azərbaycanda siyasi rəqabətin olmaması haqqında fikirləri əsassızdır. çünki ölkə müxalifəti rəqabət qabiliyyətinə malik deyil. “Müxalifət olsa da, zəif olduğu üçün YAP-la rəqabət aparmaq iqtidarında deyil. Yalnız qara yaxmaq, yalan danışmaqla onlar özlərini mövcudluğunu sübut etmək istəyirlər. Amma siyasi arenada çəkiyə malik olmaq üçün şər-böhtan danışmaq əsas deyil. Siz nə vaxt bunlardan əl çəksəniz, bəlkə o zaman insanların sizə münasibəti dəyişə bilər” - deyə Əli Əhmədov vurğulayıb.
Təhsillə bağlı tənqidlərə gəlincə, YAP Sədrinin müavini bununla razılaşmayıb. Onun sözlərinə görə, bir neçə il ərzində Azərbaycanda 1200-dən artıq məktəb tikilib: “Azərbaycanda hazırda 5000-ə qədər məktəb var. Əgər bu müddətdə məkləblərin 20-30 faizi yeni tikilibsə, bu, hökumətimizin təhsilə diqqətinin nəticəsidir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16

